Keçən il 1335 km yol yenidən qurulub və təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclasda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyev tərəfindən 2017-ci il 18 oktyabr tarixində imzalanmış 1638 nömrəli Fərmana əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılmasına diqqət yetirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Agentliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclasda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyev tərəfindən 2017-ci il 18 oktyabr tarixində imzalanmış 1638 nömrəli Fərmana əsasən, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılmasına diqqət yetirib. O, Azərbaycanın yol təsərrüfatı işçilərinin əməyinə verdiyi bu yüksək qiymətə və etimada görə cənab Prezidentə dövlət agentliyinin kollektivi adından dərin minnətdarlığını bildirib və yeni yaradılan Agentliyə verilən bütün tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklərinə dair söz verib. Saleh Məmmədov 2017-ci il ərzində Agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kəndə və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunduğunu qeyd edərək, ümumilikdə uzunluğu 1335 km təşkil edən yolların yenidən qurulduğunu və təmir olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. O, prezidentin səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2018-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını, uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrasının həyata keçiriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31