Almaniya və Türkiyə arasında “buzlar” əriyir
Almaniya və Türkiyə 1 ilə yaxın davam edən siyasi gərginlikdən sonra əsas mövzu terrorla mübarizə olmaqla təkrarən hökumətlərarası görüşlərə başlamaq niyyətindədir.
17 Yanvar 2018 13:21 DünyaAlmaniya və Türkiyə 1 ilə yaxın davam edən siyasi gərginlikdən sonra əsas mövzu terrorla mübarizə olmaqla təkrarən hökumətlərarası görüşlərə başlamaq niyyətindədir.
Azadinform xəbər verir ki, Almaniyanın "Die Welt" qəzetinin yazdığı məlumata görə, hər iki ölkənin Daxili İşlər Nazirliyinin rəsmiləri bu gün görüşəcəklər. Qəzetin "Terrora qarşı Almaniya və Türkiyə yaxınlaşır" başlıqlı xəbərində radikal islamçı terrorçularla mübarizə mövzusunda Türkiyə ilə yaxın əməkdaşlığın vacibliyi və hökumət təmsilçilərinin 1 ilə yaxın müddətin ardından təkrar stol arxasında oturacaqları yazılıb.
Məsələ ilə bağlı Almaniyanın Daxili İşlər Nazirliyinin əməkdaşı Tomas de Maizière Almaniyanın Suriyadan qaçıb Türkiyə üzərindən səyahət edən cihadçı terrorçuların həm başlanğıc, həm də son dayanacağı olduğunu bildirib: "Türkiyə bir neçə dəfə böyük terror hücumlarının hədəfi olub. Buna görə də, Türkiyə ilə yaxından əməkdaşlıq vacibdir". Azadinform.az