XİN rəhbərlərinin Polşa görüşü nə vəd edir?

Nəhayət keçən ildən müzakirə edilən və məkanı dəqiqləşdirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü reallaşmaq ərəfəsindədir. Bu dəfə iki ölkənin xarici siyasət idarəsi rəhbərləri nə ATƏT-in həmsədr ölkələrindən birində, nə də ATƏT-ə sədrlik edən dövlətdə bir araya gəlmir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbəndiyan Polşada görüşür.

Nəhayət keçən ildən müzakirə edilən və məkanı dəqiqləşdirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü reallaşmaq ərəfəsindədir. Bu dəfə iki ölkənin xarici siyasət idarəsi rəhbərləri nə ATƏT-in həmsədr ölkələrindən birində, nə də ATƏT-ə sədrlik edən dövlətdə bir araya gəlmir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandiyan Polşada görüşür. Xarici siyasət idarəsi rəhbərlərinin bu dəfəki görüşü də hər zaman olduğu kimi tərəflər arasında gərginliyin, cəbhədə atəşkəs rejiminin intensiv şəkildə pozulduğu bir dövrə təsadüf edir. Daha dəqiq desək Ermənistanın aaressiyasının artdığı, cəbhə xəttində atəşkəsi iriçaplı silahlarla pozduğu bir zamana. Ümumiyyətlə, yaxın keçmişə nəzər yetirdikdə aydın şəkildə görə bilirik ki, bu kimi danışıqlar və görüşlər ərəfəsində Ermənistan planlı şəkildə cəbhə xəttində gərginliyi artırır, atəşkəsin pozulması hallarını intensivləşdirir, hətta öz istəyinə nail olmaq məqsədilə danışıqlar, görüş gününə qədər düşünülmüş şəkildə əsgərinin də canına qıyır, onun ölümünə fərman verir. Məqsəd baş tutacaq danışıqlarda əsas mövzunun yalnız və yalnız atəşkəsin qorunması və qarşılıqlı etimad mühtinin yaradılmasına yönəltməkdir. Çünki təmas xəttində əsgər ölümünə yol açan hər hansı bir hadisə istər-istəməz danışıqların əsas mövzusunu məhz atəşkəsin qorunmasına yönəldir. Və beləliklə də Dağlıq Qarabağ probleminin həlli arxa plana keçərək əsas diqqət cəbhədə atəşkəsin qorunmasına yönəldilir. Beləliklə, Ermənistan min bir hiylə ilə status-kvonun qorunmasına nail olur. Maraqlıdır ki, Ermənistanın bu oyunu təkcə Azərbaycan deyil, eləcə də guya münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna və onun həmsədr ölkələrinə də bəllidir. Ancaq göründüyü kimi vasitəçilər də Ermənistanın maraqları prizmasından çıxış edərək bu kimi danışıqlar və görüşlərdə əsas diqqəti cəbhədə atəşkəsin qorunmasına yönəldirlər. Və, elə Polşa görüşündə də bu istisna edilmir.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, xarici işlər nazirlərinin bu dəfəki görüşündən də hansısa nəticə gözlənilmir və XİN rəhbərlərinin Polşa danışıqları uğursuz olacaq: "Guya ki, ATƏT-in Minsk qrupunun yeni danışıqlar raundu başlayıb. Bu çərçivədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandiyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti dəfə görüşəcəklər. Təyin olunan bu görüş son bir neçə ayda aparılan danışıqların davamı olmaqla yanaşı, ilin ilk görüşü kimi yadda qalacaq. Həmçinin il ərzində münaqişənin həllinin hansı istiqamətdə gedəcəyini təyin edəcək". Politoloq deyib ki, Ermənistan tərəfinin bu danışıqlara yeni hazırladığı detallarla qatılacağı xəbər verilir. Onun sözlərinə görə, rəsmi Yerevanın bu görüşdə müzakirəyə təqdim edəcəyi təkliflər, heç də Azərbaycanın maraqlarına uyğun olmayacaq: "Ermənistan rəhbərliyi çalışır ki, aprel ayına qədər Azərbaycanın hərbi təzyiqlərindən yayınsın. Çünki, Sarkisyan hakimiyyəti seçkiyə və növbəti dəfə hakimiyyətdə qalmağa hazılaşır. Əgər cəbhədə gərginlik riski artsa, erməni ordusu uğursuzluqla nəticələnər. Bu məğlubiyyətin nəticəsi kimi xalq Sarkisyanı devirməklə proseslərə təsir edər. 

Qeyd edim ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həllinin hər iki tərəfin üzərində olduğunu qeyd etməklə, bir daha Moskvanın Qarabağ konfliktinin həllində bu ildə maraqlı olmayacağını ortaya qoydu". Məhəmməd Əsədullazadə bildirib ki, Polşada keçirilən xarici işlər nazirlərinin görüşündən müsbət irəliləyişlər gözləməyə dəyməz. Sadəcə, bu kimi danışıqlar regionda deeskalasiya vəziyyətinin davam etməsinə xidmət edir: "Ermənistanın bu görüş üçün nəzərdə tutduğu yeni təkliflər, əsasən etimad mühitinin formalaşdırılması və atəşkəsin qorunub saxlanması üçün atəşkəsin pozulması hallarını aşkar edən mexanizmilərin yerləşdirilməsindən ibarətdir. Ermənistan çalışır ki, bu mexanizmləri quraşdırdıqdan sonra, davamlı olaraq növbətçi görüşləri davam etdirsin və işğal olunmuş ərazilərin boşaltmasını uzatsın. Ümumiyyətlə, Moskvanın bu il planında Qarabağ münaqişəsinin həlli variantı yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi və diplomatiyası Birləşmiş Ştatlar və Qərblə sıx əməkdaşlığı genişləndirməlidir. Bu il Avropa İttifaqı ilə çərçivə sazişi bağlamalı və NATO ilə əlaqələr inkişaf etdirilməlidir. Rusiyaya görə balanslaşdırılmış siyasət torpaqlarımızın işğalını uzadır. Rusiya heç vaxt hazırkı durumda işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasına izn verməyəcək. Çünki bu işğal Moskvadan idarə olunur".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31