Ombudsman Aparatı ilə Elmi Kitabxana arasında əməkdaşlıq  memorandum imzalandı

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  bu qurumun və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) birgə təşkilatçılığı ilə “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın ölkəmizdə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlər barədə məlumat verib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  bu qurumun və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) birgə təşkilatçılığı ilə "İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması" mövzusunda tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın ölkəmizdə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlər barədə məlumat verib.

Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Ombudsmanın elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. Müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi prosesinin 2018-ci ildə də davam etdirildiyini söyləyən L.İmanova MEK-in 2017-ci ildə əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31