“Cəza” Beynəlxalq Festivala hazırlaşır
Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə növbəti səfərə hazırlaşır. Olaylar.az bildirir ki, yanvarın 18 – dən 25 – dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə Tehran şəhərinə yola düşəcəkdir.
17 Yanvar 2018 13:43 MədəniyyətGənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə növbəti səfərə hazırlaşır. Olaylar.az bildirir ki, yanvarın 18 - dən 25 - dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən "Fəcr" Beynəlxalq Teatr Festivalında teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 8 nəfərlik heyətlə Tehran şəhərinə yola düşəcəkdir.
Festivalda psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü - "Cəza" monotamaşasının yaradıcı heyət - müəllif - Tamara Vəliyeva, quruluşçu rejissor - Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, ifaçı - Əməkdar Artist Kəmalə Hüseynova təmsil edəcək.
Sözügedən tamaşa ötən mövsüm Başqırdıstan Respublikasının paytaxtı Ufada keçirilmiş Türkdilli xalqların "Tuqanlıq" Beynəlxalq Teatr Festivalında nümayiş olunaraq xarici teatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanmışdır.