Gündəm
İsa Qəmbərin həkimi: Sabah qərar veriləcək
Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.
Sərkisyan xələf axtarışında
“Verdiyi açıqlamadan belə bəlli olur ki, Ermənistan prezidenti Serj Sərkisyan özünə bənzəməyən bir xələf peşindədir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, Sərkisyanın qənaətincə, ölkəsinin gələcək prezidenti bir neçə xarici dil bilməlidir ki, özü bilmir: “Həm Ermənistanda, həm də xaricdə geniş əlaqələri olmalıdır, bu da Sərkisyanda yoxdur. Bir də Sərkisyan həmən adamın yaxşı reputasiyasının olmasını istəyir ki, o, qətiyyən belə biri deyil.
Ölkə rəhbərliyi tərəfindən daima Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir
“Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib.
Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır
İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb. İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib.
Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.
ABŞ-a meteorit düşdü - Təsirindən zəlzələ oldu - VİDEO
ABŞ-ın Detroyt şəhəri yaxınlığında meteorit düşüb. Meteoritin düşmə faktını ABŞ-ın Geologiya Xidməti təsdiqləyib.
Həsən Ruhanidən XƏBƏRDARLIQ: “Bu, müharibəni körükləyəcək”
ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik hərbi güc bölgədə gərginliyi artıracaq və müharibəni körükləyəcək. Belə xəbərdarlıqla Suriya parlamentinin spikeri ilə Tehranda keçirilən görüşdə İran prezidenti Həsən Ruhani çıxış edib.
Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə görüşüb
Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar.
Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşü baş tutub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
Astarada tiryək əməliyyatı keçirilib
Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb. Məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, 37 yaşlı Ramin Kərim oğlu Quliyevin üzərindəki bağlamada 1 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində keçirilən baxış zamanı zirzəmidən daha 2 kq narkotik tiryək aşkarlanaraq götürülüb.
Bərdə sakini həmyerlisini bıçaqlayıb
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, 1996-ci il təvəllüdlü rayon sakini Həsənov Səyyaf Cəsarət oğlu həmyerliləri tərəfindən bıçaqlanıb. Yaralı gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır kimi qiymətləndirir. Araşdırma aparılır.
Eks-nazir nazirliyə 4 maşın “bağışladı”
Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb. Məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib.
Millət vəkili: “Xəlil Rza da, oğlu da şəhiddir”
“Mənim sevdiyim şairlərin içində Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin hansısa şeirlərini bəyənməməyim onların şairliyinə kölgə salmır ki?!” Bunu millət vəkili, BQP başqanı Fazil Mustafa deyib.
“Görüşlərin məqsədi irəliləyişə nail olmaqdan çox, vəziyyətin gərginləşməməsidir”
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sabah Polşada keçiriləcək görüşü münaqişə tərəfləri arasında mütəmadi keçirilən görüşlərdən biridir. Bu kimi görüşlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdan daha çox, vəziyyətin gərginləşməməsidir”.
“Amerika səfirliyi bu il ərzində Qüdsə köçürüləcək” - Netanyahu
“ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son qərarı il ərzində reallaşacaq”. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfəri zamanı jurnalistlərə bildirib. Baş nazir qeyd edib ki, Təl-Əvivdəki Amerika səfirliyi bu il ərzində Qüdsə köçürüləcək.














