Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə görüşüb

Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar.

Xarici İşlər Naziri Elmar Məmmədyarov YUNESKO-nun Baş Direktoru xanım Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Odre Azuleni YUNESKO-nun Baş Direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Tərəflər YUNESKO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolunu vurğulayıblar. Bu xüsusda Nazir YUNESKO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək bu əməkdaşlığın güclənməsində Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti - YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.Görüşdə 2013-ci ildə ölkəmiz ilə YUNESKO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu Saziş çərçivəsində Azərbaycanın YUNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib. Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycan və YUNESKO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib. Nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan "Bakı Prosesi" və bu il sözügedən bu uğurlu layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çəkib. Odre Azule mədəniyyətlərarası dialoq sahəsində YUNESKO-nun Azərbaycan ilə əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirdi və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31