Ölkə rəhbərliyi tərəfindən daima Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir

“Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib.

"Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət liderlərinə böyük diqqət və ehtiram göstərilir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki, bu gün Azərbaycanın Respublika Günü, Milli Ordu Günü kimi bayramları məhz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: "Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirib. Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31