“Görüşlərin məqsədi irəliləyişə nail olmaqdan çox, vəziyyətin gərginləşməməsidir”

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sabah Polşada keçiriləcək görüşü münaqişə tərəfləri arasında mütəmadi keçirilən görüşlərdən biridir. Bu kimi görüşlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdan daha çox, vəziyyətin gərginləşməməsidir”.

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sabah Polşada keçiriləcək görüşü münaqişə tərəfləri arasında mütəmadi keçirilən görüşlərdən biridir. Bu kimi görüşlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdan daha çox, vəziyyətin gərginləşməməsidir". Bu fikirləri  açıqlamasında politoloq Zaur Məmmədov deyib. Politoloq vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, beynəlxalq hüquq prinsiplərinə riayət edilməsində maraqlıdır.

Z. Məmmədov əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin gördükləri əsas iş isə münaqişənin həllinə deyil, profilaktikasına, yəni onun alovlanmamasına, müharibə mərhələsinə keçməməsinə yönəlib: "Digər tərəfdən isə belə sual ortaya çıxır. Bəzi maraqlı ölkələr Polşada keçiriləcək görüşdə hansısa irəliləyişə nail olunmasını istəyirlərmi?"

Z. Məmmədov sonda qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin onun tənzimlənməsi ilə baxış bucaqları diametral şəkildə fərqlənir: "Düşünürəm ki, vaxt bizim lehimizədir və tarixi ədalət bərpa ediləcək". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31