Gündəm

Uzun müddət TV izləməyin ağır fəsadı – Həkim

17 Yanvar 2018 12:29

Uzun müddət televizor izləmək uşaqlarda nitq ləngiməsinə səbəb olur. Bu sözləri pediatr Altay Abdullaoğlu son illər uşaqlar arasında nitq ləngimələri, kəkələmə və düzgün danışa bilməmə probleminin artmasının səbəbləri barədə danışarkən deyib.

Erməni iş adamlarının adı siyahıda - Sanksiya

17 Yanvar 2018 12:27

Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini davam etdirməsidir. Məhz bu siyasət nəticəsində Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb.

Qarabağda müharibə vəziyyəti dəyişə bilər - Politoloq

17 Yanvar 2018 12:26

Əgər növbəti danışıqlar prosesində müsbət irəliləyiş olarsa, bu, münaqişənin həllində mühüm addım olacaq. Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü həmsədrlərin maraqlarına xidmət edir: “Hesab edirəm ki, bu görüş eyni zamanda, Rusiyanı da birbaşa qane edir.

Türkiyədən ABŞ-a sərt xəbərdarlıq – Tillersonla görüşdə

17 Yanvar 2018 12:22

Suriyanın şimalında PKK-PYD qruplaşmalarının təşkil edəcəyi “Sərhəd Təhlükəsizlik Qüvvələri”nin yaradılacağı halda Türkiyə-ABŞ münasibətləri geri dönüşü olmayan bir mərhələyə qədəm qoyacaq.

BMT baş katibi: "Dağlıq Qarabağ münaqişəsi üçün vasitəçilik təşəbbüsləri canlandırılmalıdır"

17 Yanvar 2018 12:19

“Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”. Bu sözləri BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib. BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir.

Baş Prokurorluqda Şəmsəddin Hacıyevlə bağlı istintaq aparılır

17 Yanvar 2018 12:18

“Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir”. “Olaylar”ın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sənədlərin tədqiq edilir, digər əməliyyatlar aparılır: “İstintaqın işi ilə məlumat verə biləmərəm”.

"Qarabağ"a qol vuran futbolçu "Dortmund"da

17 Yanvar 2018 12:15

"Çelsi"nin hücumçusu Mişi Batşuayi daha bir klubun transfer hədəfinə çevrilib. "Borussiya Dortmund" bu ay "Arsenal"a keçməsi gözlənilən oyunçusuObameyanqın yerini Batşuayi ilə doldurmaq istəyir. Daha əvvəl belçikalı futbolçunun "Sevilya" və "Vest Ham"a keçəcəyi deyilirdi.

"Real Madrid" 23 yaşlı qapıçı transfer edir - Zidan istəmir

17 Yanvar 2018 12:13

"Real Madrid" rəsmi olaraq Kepa Arrisabalaqanı transfer etmək istədiyini açıqlayıb. Baş məşqçi Zinnəddin Zidanın qapıçını istəməməsinə rəğmən "Real"ın idarə heyəti bu keçidi reallaşdıracaq.

İlham Zəkiyevə yeni vəzifə verildi

17 Yanvar 2018 12:12

Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb. Qurumdan  verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub. Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

Trampın Kim Çen Inla bağlı planı MƏLUM OLDU

17 Yanvar 2018 12:10

ABŞ-ın Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində (2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək - red.) Koreya Xalq Demokratik Respublikasının lideri Kimdə Çen Ina təzyiqı artıracaq və onun barəsində “yavaş-yavaş boğulma” siyasətini tətbiq edəcək.

Rusiyaya vurulacaq ən güclü zərbənin TARİXİ AÇIQLANDI

17 Yanvar 2018 12:09

ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. Bu haqda ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman bildirib. Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.

Myanmarda buddistlər hökumət binasına hücum edib, ölənlər var

17 Yanvar 2018 12:06

Myanmarın qəribində yerləşən Rakhine əyalətində polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb. Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17 Yanvar 2018 12:07

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 28-ci ildönümünü ilə əlaqədar bəyanat yayıb.”Olaylar” xəbər verir ki, bəyanatda deyilir: “Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olmuş qanlı Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsindəyik.

Azərbaycanda ərəb turistləri daşıyan avtomobil aşıb, 3 nəfər xəsarət alıb

17 Yanvar 2018 12:04

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. 

"Qoca"nın qaçmasına kömək etməkdə təqsirləndirilən qadın və taksi sürücüsündən XƏBƏR VAR

17 Yanvar 2018 12:02

Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.