Baş Prokurorluqda Şəmsəddin Hacıyevlə bağlı istintaq aparılır
“Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir”. “Olaylar”ın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sənədlərin tədqiq edilir, digər əməliyyatlar aparılır: “İstintaqın işi ilə məlumat verə biləmərəm”.
17 Yanvar 2018 12:18 Sosial"Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir". "Olaylar"ın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sənədlərin tədqiq edilir, digər əməliyyatlar aparılır: "İstintaqın işi ilə məlumat verə biləmərəm".
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.