Myanmarda buddistlər hökumət binasına hücum edib, ölənlər var

Myanmarın qəribində yerləşən Rakhine əyalətində polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb. Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Myanmarın qəribində yerləşən Rakhine əyalətində polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb. Bu barədə "France Presse" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ötən gecə polislər hökumət binasını ələ keçirməyə çalışan buddistlərə atəş açıb. Etirazçılar xəbərdarlıqlara məhəl qoymayıblar. Hadisə nəticəsində 33 nəfər yaralanıb. Xəsarət alanlardan 20-si polis əməkdaşıdır. Nümayişdə minlərlə adamın iştirak etdiyi bildirilir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31