Gündəm

Ordu komandirlərinin toplantısı keçirilir

17 Yanvar 2018 14:27

Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. 

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

17 Yanvar 2018 14:26

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Azərbaycanın tarix yazan uğurları

17 Yanvar 2018 14:24

İnsan yaşadığı ölkənin adını hər yerdə uca tutmalı, onun tarixini bilməli, ölkədə görülən işlər haqqında məlumatlı olmalıdır. Hər kəs necəki ailəsini nöqsanları, səhvləri ilə birlikdə sevir, qəbul edirsə, dövlətini də elə sevməlidir. Çünki biz bu ölkənin vətəndaşlarıyıq. Heç bir şey bir deyib düzəlmir.

Milli dövlətçilik tariximizə verilən yüksək dəyər

17 Yanvar 2018 14:23

Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və cümhuriyyətin 100 illik yubleyinin təntənəli formada keçirilməsi ölkə ictimaiyyəti tərəfidən müsbət qarşılanıb. Birmənalı şəkildə qeyd etmək olar ki, dövlət başçısının sözügedən qərarının dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir.

2018-ci il Azərbaycan üçün əhəmiyyətli il olacaq

17 Yanvar 2018 14:20

Azərbaycan ötən ili siyasi, iqtisadi və diplomaik sahədə bir sıra uğurlara imza atmaqla baş vurdu. Xüsusən, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, növbəti illər üçün baza rolunu oynamış oldu. Başqa sözlə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə müşahidə olunduğu halda, Azərbaycanda dinamik inkişaf müşahidə olundu. İqtisadi islahatlar ili kimi yadda qalan 2017-ci il gələcək illərdə əldə ediləcək uğurlar üçün zəmin yaratmış oldu.

ƏƏSMN və BDU arasında anlaşma memorandumu imzalanıb

17 Yanvar 2018 14:18

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir.

Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir?

17 Yanvar 2018 14:15

"Deniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib". Bunu açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.

"Ermənistan danışıqlar masasına oturmağa məcburdur"

17 Yanvar 2018 14:12

“Ümumiyyətlə, Ermənistanda gərginliyin yaşanmasının, orada keçirilən aksiyaların sabah keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə heç bir aidiyyatı yoxdur”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Mərkəzi Bank çevik məzənnə rejimindən imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirib

17 Yanvar 2018 14:09

Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib. AMB-dən verilən məlumata görə, Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il  və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri  barədə bəyanatı”nda qeyd olunduğu kimi xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq.

Canlı yayımda GƏRGİNLİK: əməkdar artistin əsəbdən gözü yığıldı - Beynimi xarab etməyin

17 Yanvar 2018 14:07

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib. "Bizimləsən" verilişində üzləşdirilən hər iki tərəfin məhkəmə yolu ilə aralarındakı problemi həll etməyi seçmələri əməkdar artist Elnarə Abdullayevanı özündən çıxarıb. Bu an verilişin aparıcısı Zaur Baxşəliyevlə Elnarə Abdullayeva arasında gərginlik yaşanıb.

Mütəllibovun Kremli ciddi cəhdlə müdafiə etmək cəhdi

17 Yanvar 2018 14:04

Artıq 20 Yanvar hadisələri ərəfəsində o dövrün fəal ictimai-siyasi xadimlərindən birinin müsahibə verib cəmiyyətdə fərqli fikirlər, ziddiyyərlər yaratması adi hala çevrilib. Düz, 28 ildir ki, eyni prosesi müşahidə edirik.

Azərbaycan xalqı öz prezidenti ətrafında sıx birləşib

17 Yanvar 2018 14:02

Siyasi ekspertlərin qənaətinə görə, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin mütləq üstünlük qazanacağı şübhəsizdir. Vəkil Rövşən Qasımov qeyd edib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır: “Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək.

ABŞ Fələstindən Qüdsün qisasını alır

17 Yanvar 2018 13:55

Vaşinqton Fələstin qaçqınlarına yardım edən BMT-nin Yaxın Şərq Agentliyinə etdiyi ödənişləri azaltmaq haqqında qərar qəbul edib. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. ABŞ-ın yardımlarının 125 milyon dollardan 60 milyona qədər endirildiyi bildirilir. Bu məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert də təsdiqləyib. Onun sözlərinə görə, bu vəsait muxtariyyətin saxlanılması üçün yetərli olacaq. O, ABŞ-ın Fələstin üçün yeganə böyük donor olmaq istəmədiyini bildirib.

PKK-dan çarəsiz çağırış: Türkiyəni dayandırın!

17 Yanvar 2018 13:54

Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK beynəlxalq ictimaiyyətdən yardım istəyib. PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib. “Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.

2 uşaq anasına qarşı əxlaqsızlıq anı kameraya düşdü - "Bunu etməliydim" - VİDEO

17 Yanvar 2018 13:49

Avstraliyada 24 yaşlı qadına qarşı edilən əxlaqsızlıq təhlükəsizlik kamerasına düşüb.  2 uşaq anası olan Jesse Ratu səhər idmanı etdikdən sonra evinə gedərkən yad kişinin onu təqib etdiyini hiss edib. Qulağında qulaqcıq olan qadın buna əhəmiyət verməyib.