Mütəllibovun Kremli ciddi cəhdlə müdafiə etmək cəhdi
Artıq 20 Yanvar hadisələri ərəfəsində o dövrün fəal ictimai-siyasi xadimlərindən birinin müsahibə verib cəmiyyətdə fərqli fikirlər, ziddiyyərlər yaratması adi hala çevrilib. Düz, 28 ildir ki, eyni prosesi müşahidə edirik.
17 Yanvar 2018 14:04 SiyasətRövşən Məmmədli: "Eks-prezident hələ də nədənsə çəkinir, nəyisə gizlətməyə çalışır"
Artıq 20 Yanvar hadisələri ərəfəsində o dövrün fəal ictimai-siyasi xadimlərindən birinin müsahibə verib cəmiyyətdə fərqli fikirlər, ziddiyyərlər yaratması adi hala çevrilib. Düz, 28 ildir ki, eyni prosesi müşahidə edirik. Elə bu günlərdə həmin dövrdə Azərbaycana rəhbərlik etmiş və Bakıdakı qırğınlarda günahı olmuş sabiq prezident Ayaz Mütəllibovun vermiş olduğu müsahibədə də bu qəbildən oldu. Sabiq prezident ciddi cəhdlə özünü təmizə çıxararaq 20 Yanvar qırğınlarında Xalq Hərəkatını və o vaxtkı cəbhəçiləri günahlandırmağa çalışdı. Düzdür, həmin müsahibənin üzərindən bir neçə gün keçsə də, lakin sabiq prezidentin səsləndirdiyi fikirlər hələ də müzakirə olunur, bununla bağlı müəyyən, eyni zamanda haqlı iradlar səsləndirilir. 1990-cı illərdə Milli Azadlıq Hərəkatının aktiv iştirakçılarından olmuş Rövşən Məmmədli də eks-prezidentin dediklərinin həqiqəti əks etdirməyi qənaətindədir. O, bildirib ki, Ayaz Mütəllibov hazırda da müsahibə verəndə onda nədənsə çəkindiyi, nəyisə gizlətməyə çalışdığı müşahidə edilib: " Əvvəla o vaxt Bakıda "azı 250-300 min erməni" yaşayırdı.deyən Ayaz bəy bilməlidir ki,o vaxtlar Dağlıq Qarabağ, Gəncə, İsmayıllı, Şamaxı, Şəmkir və digər bölgələrdə cəmisi 400 minə qədər erməni yaşayırdı ki ,bunların da 170-180 min nəfəri Bakıda yaşayırdı. Ayaz Mütəllibovun "Şəxsən mən Ermənistan rəhbərliyinə dəfələrlə dedim ki, siz azərbaycanlıları, Ermənistan vətəndaşları olan insanları vətənlərindən qovdunuz, bizsə hələlik burdakı erməniləri güc-bəla ilə saxlayırıq. Niyyətiniz nədir? Gəlin Azərbaycandakı ermənilərin də durumuna fikir verin. Qaytarın azərbaycanlıları, biz də bilək ki, siz həqiqətən də bu məsələnin həllinə can atırsınız" fikridə həqiqətə uyğun deyil. Belə ki, baxmayaraq Ermənistanda yaşayan 360 min (əslində isə 400 min idi) azərbaycanlı dövlət səviyyəsində Ermənistandan deportasiya edildi, fəlakət və qırğınlara məruz qaldı, minlərlə qanlı cinayət işlədildi, onlara qarşı Bakıda və Azərbaycanın digər bölgələrində adekvat cavab verilmədi. Xalq ermənilərin qovulması üçün deyil Qarabağın müdafiəsi üçün ayağa qalxmışdı. Həmin dövrdə Azərbaycanda yaşayan ermənilər çox rahat və asudə şəkildə evlərini Ermənistandan gələnlərə pulla satır və könüllü olaraq Azərbaycandan gedirdilər. Həmin dövrdə Bakıda bir ermənin də burnu qanamamışdı.Yenə toylarını edir,yaslarını verir,istədikləri kimi də gəzirdilər. Xalq onlara toxunmur və basqı da etmirdi. Ən əsası isə Ayaz müəllim hələ də ən böyük bir həqiqəti deməkdən yayınır. Bu həqiqət ondan ibarət idi ki, Bakıda 20 Yanvar hadisələri öncəsə bəzi ermənilərə basqı edilməsi tamamilə KQB-nin, Kremlin işi idi. Ayaz Mütəllimov yenə də Kremlə sədaqətini nümayiş etdirib bu faktı gizlədərək yazır:"12 yanvarda Bakıda ermənilərə qarşı həmin hadisələr təşkil olundu. "KQB"nin, ya kimin vasitəsilə təşkil olunduğunu deyə bilmərəm. Ancaq faktiki olaraq bir neçə erməniyə zərbə vuruldu və bu hadisələr qanqaraçılığa səbəb oldu". Baxın görün Ayaz Mütəllibov nə deyir. Demir ki Bakıda ermənilərə qarşı həmin hadisəni KQB, Kreml təşkil etdi. Bunu bütün dünya bildi, Ayaz Mütəllibov bilmədi?" . Rövşən Məmmıdinin sözlərinə görə, Ayaz Mütəllibov yenə şübhə yeri qoyur ki..bu hadisəni KQB-dən başqa da törədən qüvvə olub: "Bu qüvvə ola bilsin Azərbaycandan da ola bilər. Hansı ki, belə hal olmayıb. Bu hadisəni, təxribatı KQB açıq-aşkar törətdi. Məqsəd də Bakıya qoşun yeridib, hakimiyyəti ələ almağa çalışan xalqı əzmək idi və belə də etdilər". Natiq bildirib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi Bakıda yaşayan erməniləri KQB-nin təxibatından, əzməsindən qoruyaraq, ev-ev gəzib onları təhlükəsiz yerə gətirir, sonra da gəmi və qatarla Rusiyaya,Türkmənistana yola salırdılar: "Ayaz Mütəllibov bunu nə tez unudub?. Həmin müsahibədə eks-prezident elə danışır ki, guya Bakıya Ermənistandan gələn "10" min azərbaycanlı Bakı erməniləri üçün potenisial təhlükə olub". Rövşən Məmmədli deyib ki, o zaman Ermənistan aşkar şəkildə bizdən Qarabağı almaq üçün həyasızlıq edir, bizimkilər isə "Qarrdaş olub Hayastan, Azərbaycan" mahnısını yamsılayırdılar: "Ayaz Mütəllibovun bir fikri doğrudur ki,"o vaxt biz ermənilərə pislik etməmişik. Kömək etmişik ki,canlarını qurtarsınlar. Bəli, Azərbaycan Xalq Cəbhəsi o vaxt Bakı ermənilərini Kremlin, KQB-nin təxribatından qoruyaraq xilas etdi. Bunu isə bu gün, heç sonralar da Ayaz Mütəllibov etiraf etməyib, etməyəcək də..Çünki,o,hələ də Kremldən qorxur,yaxud daxilində hələ də özünü aldadan fikirlər var. Durumundan da narahatdır ağramayan başını ağrıtmasın. Ancaq hələ xalqımızın başı dincəlməyib, Qarabağ problemi həll olmayıb. Ona görədə hərə öz başının qayğısına qalmammalıdır. Azərbaycanımızın bötövləşməsi, torpaqlarını erməni faşizmindən azad etməsi yolunda hamı çalışmalıdır, kimliyindən asılı olmayaraq. Əks halda biz ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilməyəcəyik. Bunun üçün birləşmək, bir olmaq lazımdır".
Süleyman