Milli dövlətçilik tariximizə verilən yüksək dəyər
Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və cümhuriyyətin 100 illik yubleyinin təntənəli formada keçirilməsi ölkə ictimaiyyəti tərəfidən müsbət qarşılanıb. Birmənalı şəkildə qeyd etmək olar ki, dövlət başçısının sözügedən qərarının dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir.
17 Yanvar 2018 14:23 SiyasətSona Əliyeva: " Dövlət başçısı hər zaman tariximizə, milli mənəvi dəyərlərimizə yüksək diqqət göstərib"
Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi və cümhuriyyətin 100 illik yubleyinin təntənəli formada keçirilməsi ölkə ictimaiyyəti tərəfidən müsbət qarşılanıb. Birmənalı şəkildə qeyd etmək olar ki, dövlət başçısının sözügedən qərarının dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir. Çünki, hər bir xalq öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda da yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməli, bu ruh onun qanına, canına, vicdanına hopmalıdır. Məhz dövlət başçısının sərəncamı çərçivəsində həyata keçirilən tədbirlər buna zəmin yaradacaq. Millət vəkili Əli Məsimli qeyd edib ki, 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın -Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixinin ən parlaq, ən şanlı, ən şərəfli səhifələrindəndir. Tarixən çox qısa ömürlü olmasına baxmayaraq, 23 ay ərzində ADR yaradıcıları demokratik dövlət qurculuğu sahəsindəki ideyalarının bir hissəsinin real həyatda da gerçəkləşdirə, fikirdə, sözdə və işdə öz xalqına, öz millətinə təmənnasız xidmət nümunəsi göstərə bildilər. Şərqə, ümumiyyətlə dünyaya nümunə ola biləcək bir cümhuriyyət qurmaqla, ADR yaradıcılarının fədakar fəaliyyətinin milli və bəşəri dəyərlərə, sivilizasiyaya uyğun nəticələri dünya miqyasında Azərbaycan xalqına baş ucalığı gətirən və bu xalqın dünyəvi, demokratik dövlət quruculuğu sahəsində böyük potensiala malik olduğunu nümayiş etdirən çox ciddi bir tarixi hadisədir. Onun sözlərinə görə, hazırda yaşadığımız müstəqil Azərbaycan- Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Azərbaycan Xalq Cümhuriyyəti bizim üçün bir dəyərdir və bu dəyərə sayğı ilə yanaşmaqla yanaşı, cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqiq və bu ənənələri qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək bizim hər birimizin ümdə borcudur. Bu baxımdan tarixi dövlətçilik irsimizin qorunub saxlanmasına layiqli töhfə vermək və Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi yaradanların əziz xatirəsini əbədiləşdirmək üçün prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsini aqışlayıram. Azərbaycan Respublikası prezidentinin bu təşəbbüsü "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamının layiqincə, daha dolğun və sürətlə həyata keçirilməsınə xüsusi təsir göstərəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməsindən ötrü prezident sərəncamına uyğun surətdə 2018-ci il ərzində həm ölkəmizdə, həm xaricdə bir çox tədbirlər keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, bu il həyata keçirəcək. Sözügedən prezident sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasını keçirəcək".
Bütün bunlarla yanaşı, bəzi məqamlara xüsusi diqqət verilməsini zəruri hesab edən deputat bildirib ki, həm dövlət, həm də qeyri-dövlət qurumları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin adına layiq səviyyədə tanınmasına və həm də milli birliyimizə xidmət etməlidir: "İkincisi, Azərbaycan, ingilis və digər əsas dillərdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi kitabın çap olunması, beynəlxalq konfransların, dəyirmi masaların və s. keçirilməsi, üçüncüsü, AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi filmlərin çəkilməsi, dördüncüsü, xarici ölkələrdə, eləcə də əsas beynəlxalq qurumlar çərçivəsində xüsusi tədbirlərin keçirilməsi, beşincisi, müxtəlif dillərdə ümumi bir saytın yaradılması və AXC-nin beynəlxalq aləmdə tanıdılmasının genişləndirilməsinə xidmət edən bütün sənəd və materialların burada yerləşdirilməsi, altıncısı, sərgilərin, idman yarışlarının, şagirdlər və tələbələr arasında bilik olimpiadalarının, alim və mütəxəssislər, media mənsubları arasında müsabiqələrin keçirilməsi, yeddincisi, "ADR yaradıcılarılarının xatirəsini əbədiləşdirmək üçün xüsusi tədbirlər proqramı" hazırlayıb həyat keçirilməsi. Həmin proqram üzrə ADR yaradıcıları haqqında kitabların, filmlərin və s. hazırlanması. Səkkizinci, ADR yaradıcılarının xarici ölkələrdə olan qəbirlərini Azərbaycana gətirərək, xüsusi mavzoleyin yaradılması, ölkədə və xaricdə AXC ilə bağlı yerlərə, eləcədə də ADR yaradıcılarının yaşadığı yerlərə xatirə lövhələrinin asılmasını təklif edirəm".
Milli Məclisin deputatı Sona Əliyeva hesab edir ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi tariximizə olan böyük ehtiramdır. Dövlət başçısının hər zaman tariximizə, milli mənəvi dəyərlərimizə yüksək diqqət göstərdiyini deyən deputatın fikrincə, bu qərar həmçinin, milli dövlətçilik tariximizə göstərilən yüksək dəyərdir. S.Əliyevanın sözlərinə görə, 1918-ci ilin may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən birini təşkil edir: "Cümhuriyyətin yaradılması xalqımızın böyük dövlətçilik tarixinə sahib olduğunu göstərir. Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi olaraq onun ənənələri yaşadır və davam etdirir. Bu gün Cümhuriyyətimizin tarixi geniş şəkildə araşıdırılıb, bu istiqamətdə sanballı elmi əsərlər yazılıb, eləcə də, Cümhuriyyətin qurucularını hər zaman böyük ehtiramla yad olunur. Hazırda müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutur. Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir və dünyanın dinamik inkişaf edən ölkələri sırasındadır. Xalq Cümhuriyyətinin varisi olan mıstəqil Azərbaycanın uğurları ilə hər birimiz qürur duyuruq. Şübhəsiz ki, "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində bir sıra mühüm tədbirlər keçiriləcək. Bu tədbirlər ölkəmizlə yanaşı, xaricdə də reallaşdırılacaq. Bununla da, bir daha dünya ictimaiyyəti Azərbaycan xalqının zəngin dövlətçilik tarixi və ənənələri barədə məlumatlandırılacaq".
Alim