Gündəm

Ermənistanda Rusiyaya qarşı yeni üsyan

17 Yanvar 2018 15:33

Ermənistanda sərhədlərin mühafizəsi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi tələb olunub. Məlum olduğuna görə, hələ uzaq 1992-ci ildə Ermənistan hökuməti ilə Rusiya arasında Rusiya FTX sərhəd qoşunlarının Ermənistanda statusu barədə saziş imzalanıb. Sazişin müddəalarına görə, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi funksiyaları Rusiyaya verilib. Viurtualaz.org Yerevanda dərc olunan “Lragir” nəşrinə istinadən xəbər verir ki, mənbənin mövqeyinə görə, Qarabağ müharibəsi vaxtı bu Ermənistan üçün vacib idi və “ehtiyatların azad edilməsinə” imkan yaradırdı.

Əhalinin sayı açıqlandı

17 Yanvar 2018 15:29

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb. “Olaylar” in məlumatına görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Oğlanlar yenə qızları üstələdi

17 Yanvar 2018 15:28

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Kral nazirləri saraya yığdı, İlham Əliyevin məktubunun detallarını açıqladı

17 Yanvar 2018 15:27

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdüləziz nazirlər kabinetinin iclasını keçirib və Azərbaycan prezidenti İlham Əliyevin ona göndərdiyi məktubun detallarını açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi dövlət xəbər agentliyi olan “Saudi Press Agency” agentliyi (SPA) məlumat yayıb.

Azərbaycan jurnalistləri 2017-ci ildə: JuHİ illik hesabatını açıqladı

17 Yanvar 2018 15:25

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. Məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiyasının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub). M. Ələsgərli deyib ki, sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

2018-ci il uduşlarla başlandı

17 Yanvar 2018 15:15

Lotereya istehlakçılarına möhtəşəm uduşların sevincini yaşadan 2017-ci il tarixə qovuşdu. 16 “Cek Pot” uduşu qeydə alınan ötən il ərzində lotereyaların iştirakçıları irili- xırdalı milyonlarla uduşlara sahib oldular. 2018-ci il isə başlayar-başlamaz lotereyalar möhtəşəm uduşlarla hətta ən optimist iştirakçıları belə, yaxşı mənada təəccübləndirirlər. Belə ki, ilin ilk iki həftəsində lotereyalarda artıq 3 (üç)  “Cek Pot” uduşu qeydə alındı.

Ermənistan rəsmilərinin növbəti uydurması

17 Yanvar 2018 15:14

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada bir araya gəlməsi gözlənildiyi ərəfədə düşmən ölkənin rəsmiləri yenə də öz ənənələrinə sadiq qalaraq danışıqlar prosesinə mane olmağa çalışırlar. Hər halda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyanın bu günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi sərsəmləmələr belə deməyə əsas verir.

Türk xalqından orduya dəstək – Hər tərəf qırmızı-bəyaz...

17 Yanvar 2018 15:04

Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsində yerləşən Reyhanlının Oğulpınar məhəlləsi sakinləri Afrin əməliyyatı öncəsi türk ordusuna dəstək nümayiş etdirmək məqsədi ilə evlərini türk bayrağı ilə bəzəyiblər.

Qızlar aktyorla axşam yeməyi üçün 50 min təklif edirlər

17 Yanvar 2018 14:53

"Star" kanalında yayımlanan "Fazilet hanım ve kızları" serialının Yasini İdris Nəbi Taşkan ötən gün Arnavutköyde görüntülənib. Aktyor həmkarı Filiz Taçbaş və Semra Sanla şam edib.

İtaliyalı tədiqatçı: "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Alto Adice modelini təklif edə bilər"

17 Yanvar 2018 14:51

"İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri Ermənistanla Azərbaycan arasında uzun illər davam edən Dağlıq Qarabağmünaqişədir". Məlumata görə, bu barədə İtaliyanın “İl Giornale” qəzetində “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu “İtaliya ATƏT-də. Qafqazın gələcəyi üçün ümidlər və perspektivlər” adlı məqaləsində qeyd olunur.

Putinin səhhətində problem yaranıb? - Peskov cavab verdi ki...

17 Yanvar 2018 14:49

Rusiya Prezidenti Vladimir Putin tamamilə sağlamdır və sağlamlığı ilə bir çox insanı gerdidə qoya bilər.  Məlumata görə, bunu Rusiya prezidentinin sağlamlığı barədə suala cavab verən V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Nazirlik maşınlarda pərdə və plyonkaya qadağasının ləğvini təklif edir

17 Yanvar 2018 14:48

Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır. Bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib. F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”.

Yeni Günəşlidə sürüşmə aktivləşdi

17 Yanvar 2018 14:40

Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində sürüşmə aktivləşib, yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə,Günəşli yaylası adlanan ərazidə tektonik qırılma müşahidə edilir.

Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı SON DURUM açıqlandı

17 Yanvar 2018 14:36

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı açıqlama verib. Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 10 faiz azalıb: “Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki pandemik qrip virusları, o cümlədən A qripi virusu aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən, kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub”.

Kreml Ermənistana baş nazir və prezident təyin edir

17 Yanvar 2018 14:28

Ermənistanın baş naziri Serj Sərkisyan təyin olunacaq. Bunu Kremlə yaxınlığı ilə seçilən “Regnum” agentliyinin redaktoru və politoloq Stanislav Tarasov “Jamanak” qəzetinə açıqlamasında söyləyib.