Ermənistan rəsmilərinin növbəti uydurması
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada bir araya gəlməsi gözlənildiyi ərəfədə düşmən ölkənin rəsmiləri yenə də öz ənənələrinə sadiq qalaraq danışıqlar prosesinə mane olmağa çalışırlar. Hər halda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyanın bu günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi sərsəmləmələr belə deməyə əsas verir.
17 Yanvar 2018 15:14 SiyasətMübariz Əhmədoğlu: "Nalbandyanın tənzimlənmə prosesi barədə danışdıqları isə ağ yalandır"
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada bir araya gəlməsi gözlənildiyi ərəfədə düşmən ölkənin rəsmiləri yenə də öz ənənələrinə sadiq qalaraq danışıqlar prosesinə mane olmağa çalışırlar. Hər halda Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyanın bu günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi sərsəmləmələr belə deməyə əsas verir. Belə ki, Nalbandiyan Polşa görüşü ərəfəsində iddia edib ki, Qarabağ problemi "Artsax" xalqının öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməlidir. Ermənistan xarici işlər nazirinin fikirlərinə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, ki, düşmən ölkənin bir nömrəli diplomatı, 2 nömrəli sərkərdəsi, kriminal avtoritetin əlaçı şəyirdi Edvard Nalbandyan köhnə yalanlarınə yenə təkrarlayıb: "O, bildirib ki, Qarabağ münaqişəsi "Artsax" xalqının öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməlidir. Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmasında əsaslı fərq ondan ibarətdir ki, Azərbaycan guya həmsədrlərin adından hansısa uydurma təklifləri təqdim etməyə çalışır. Həqiqətə uyğun olmayan danışıqlar prosesini təqdim etmək istəyir. Vyana danışıqları göstərdi ki, ortada real təkliflər və prinsiplər var. Azərbaycan bu 3 prinsipə əvvəlcə razılıq vermişdi, sonradan imtina etdi. E.Nalbandyanın tənzimlənmə prosesi barədə danışdıqları isə ağ yalandır. Çünki ATƏT Minsk Qqrupunun həmsədrləri tənzimləmə variantını bir neçə dəfə açıqlayıblar. Bizə bəlli olan sənədlərin təxmini siyahısını təqdim edirik. Birinci sənəd 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində üç həmsədr ölkə prezidentləri tərəfindən imzalanıb, Birləşmiş Ştatlar prezidentinin mətbuat xidməti tərəfindən yayılmış "Madrid Prinsiplərinin Yenilənmiş variantı" və ya "Yenilənmiş Madrid Prinsipləri" adlı sənəddir. İkincisi, həmsədr ölkə prezidentlərinin G-8 formatında iştirak zamanı imzaladığı 5 sənəd. O zaman Ukrayna hadisələrinə görə RF-in G-8-də fəaliyyəti dayandırıldığı üçün sonralar belə sənədlər imzalanmadı. Üçüncüsü, Kazan sənədi. Dördüncüsü, 2012-ci il Sankt-Peterburq görüşü zamanı Rusiya Federasiyası XİN-nin hazırladığı sənəd. Beşincisi 2014-cü il mayın 9-da amerikalı həmsədr Uorlikin "Yenilənmiş Madrid Prinsiplərində" status məsələsini ərazilərin qaytarılması məsələsindən önə keçirməklə hazırladığı Amerikan variantı". Mübariz Əhmədoğlu həmçinin bildirib ki, 2014-cü il mayın 12-də həmsədrlərin yaydığı bəyanat da bu sənədlərdən hesab edilir: "Yenilənmiş Madrid Prinsipləri bazasında hazırlanmış bu bəyanatda Dağlıq Qarabağ ətrafındakı ərazilərə işğal olunmuş ərazilər termini tətbiq edildi. Eyni zamanda amerikalı həmsədr R.Hoqlandın cüzi dəyişikliklə yenidən təqdim etdiyi Uorlikin Amerikan variantı. Amerikalı həmsədr E. Şeferin "Armenpress" vasitəsilə təqdim etdiyi tamamilə yeni variant. Nəhayət, beştərəfli bəyannamə. Ümumilikdə ictimaiyyətə açıqlanan 13 sənədin heç birində "Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ ermənisi", "Artsax", "Artsax xalqı" adlı terminlər yoxdur. Danışıqlar prosesinə çox yaxın olan, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günter Baxlerin 2017 ci ilin sonunda verdiyi açıqlama danışıqlar prosesinin vəziyyəti barədə daha dolğun mənbədir: "Dağlıq Qarabağ münaqişəsində yekun statusla bağlı bəzi prinsipləri müzakirə edirlər. Amma danışıqların real arxitekturası hələ yoxdur". Mərkəz rəhbərinin sözlərinə görə, 2014-cü ildə İsveçrə ATƏT-ə sədrliyi zamanı tam miqyaslı danışıqlar prosesinin bütün elementləri və detallarından ibarət danışıqlar prosesinin strukturlaşması barədə qeyri-rəsmi sənəd hazırladı: "Bu sonrakı sədrliklərə də təqdim olundu. Görünür, bu nə vaxtsa istifadə olunacaq. Xüsusi olaraq qeyd edək ki, E.Nalbandyanın israrla bildirdiyi Helsinki Yekun Aktının 3 prinsipinə bu sənədlərin hamısında istinad olunub. E.Şeferin variantı isə bu prinsipin bazası əsasında hazırlanıb. Əgər ortada acıqlanan variantlardan fərqli nəsə başqa bir şey varsa, Ermənistan XİN bunu açıqlamağı tələb edərdi. E.Nalbandyan İQ indeksi normal olan şəxsdir. O mətbuata yalan danışırsa, bunu məcbur edən faktor var. Eləcə də o yalanını əsaslandırarkən ATƏT Minsk Qrupunun həmsədrlərinə söykənir". Mübariz Əhmədoğlu hesab edir ki, yaranmış vəziyyətdən ən düzgün çıxış yolu vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyev tapdı: "Belə mübahisələrin fonunda ATƏT Minsk Qrupunu və erməniləri neytrallaşdırmaq üçün o, vasitəçilərin təqdim etdiyi hər 3 variantı mətbuata açıqladı və parlamentdə dinləmələr keçirdi. İndiki halda ölkə rəhbərliyi Dağlıq Qarabağ tənzimlənməsinə dair Azərbaycana və Ermənistana təqdim olunmuş bütün sənədləri mətbuata açıqlasa, Ermənistan -ATƏT Minsk Qrupu işbirliyinə ciddi zərbə vurmuş olar. Vasitəçilərin Azərbaycana və Ermənistana təqdim etdiyi variantlarda bizim qanımızı qaraldan məsələlər olacaq. Amma bu açıqlananlar ermənilərin mövqelərinə sarsıdıcı zərbə olacaqdır".
Məhəmməd