Gündəm

Xaçmazda avtomobil oğrusu ələ keçib

17 Yanvar 2018 16:22

Xaçmaz rayonu ərazisində iki avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Xudat şəhər sakini A.İsayev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-12-də rayon ərazisində iki avtomobildən maqnitofon, monitor və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini Ağamurad İsayev saxlanılıb. Araşdırma aparılır.

Evdən pul və qızıl aparan saxlanıb

17 Yanvar 2018 16:21

Gədəbəy rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Allahverdi Musayev saxlanılıb. Araşdırma aparılır.

Profilaktiki tədbirlər nəticə verir

17 Yanvar 2018 16:20

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər öz nəticəsini verir. Belə ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Avropanın mərkəzində böhran: hökumət istefaya getdi

17 Yanvar 2018 16:14

Çexiya hökuməti istefaya gedib. Bunu jurnalistlərə açıqlamasında Çexiya Baş naziri Andrey Babiş söyləyib.

Jirinovski: ABŞ-ı regional gücə çevirməliyik

17 Yanvar 2018 16:12

ABŞ-ı artıq siyasi Olimpdən endirmək vaxtı çatıb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

ABŞ-da yeni ştat elan edildi

17 Yanvar 2018 16:10

ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs yeni bir ştat yaradıldığını elan edib. Ştatın ABŞ-dan deyil, Kaliforniyadan ayrıldığı bildirilib. ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Senata müraciət ünvanlanıb.

Bakıda bir ailənin kabusuna çevrilən cinayətkar AZADLIQDA GƏZİR

17 Yanvar 2018 16:07

Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə xəbər portallarında dəfələrlə yazılar çıxdı.

Bakıxanovda yol hərəkətinin daha rahat təşkili üçün təkliflər hazırlanıb

17 Yanvar 2018 15:51

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərkətinin təşkili ilə bağlı təhlillər aparıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Zaqatalada yeraltı keçid inşa edilib

17 Yanvar 2018 15:49

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Gənclərdə vətənpərvərlik təbliğ edilir

17 Yanvar 2018 15:48

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam vətənpərvər olaq” adlı layihəsinə yekun vurulub.

Nəsimi rayonunda ilin yekunları müzakirə edilib

17 Yanvar 2018 15:47

Nəsimi rayonu 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib. “Olaylar” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirib ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ildə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.

2018-ci ildə buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı

17 Yanvar 2018 15:43

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.

Aydın Əliyev Tacikistanın səfiri ilə görüşüb

17 Yanvar 2018 15:42

Yanvarın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.“Olaylar” xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Tacikistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.

Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı- Şərtlər

17 Yanvar 2018 15:41

“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV) kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür. Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.

Brilliant Dadaşova İlhamə Quliyeva ilə bağlı SİRRİ AÇDI - VİDEO

17 Yanvar 2018 15:36

“Mən balacalıqda İlhamə Quliyeva üçün ölürdüm. Bacılarım bilir. Mənim qədər onlara qulaq asan adam yox idi”. Bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Xalq artisti Brilliant Dadaşova deyib.