Gənclərdə vətənpərvərlik təbliğ edilir
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam vətənpərvər olaq” adlı layihəsinə yekun vurulub.
17 Yanvar 2018 15:48 Sosial"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam vətənpərvər olaq" adlı layihəsinə yekun vurulub.
"OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi internat məzunu olan gənclərə vətənpərvərlik və sağlam həyat tərzi mövzularında silsilə təlimlər keçirilməsi onların bu mövzuda biliklərinin artırılması və nəticə etibarı ilə daha sağlam vətənpərvər gənc kimi yetişmələri üçün rayonlara və tarixi yerlərə səfərlər təşkil etmək olub. Layihənin icra planına əsasən internat məzunları üçün 4 mövzuda təlim keçirilib.:
Vətənpərvərlik, zərərli vərdişlər, fəal vətəndaş. multikulturalizim . Təlimlərin daha effektiv olması üçün planına uyğun olaraq vətənpərvərlik mövzusunda seminarlarla bərabər İşğaldan azad olunan Cocuq mərcanlı kəndinə , Quba məzarlığına və 2017-ci il üçün MDB paytaxtı seçilən Gəncə şəhərinə 2 günlük tur təşkil edilib.