ABŞ-da yeni ştat elan edildi
ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs yeni bir ştat yaradıldığını elan edib. Ştatın ABŞ-dan deyil, Kaliforniyadan ayrıldığı bildirilib. ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Senata müraciət ünvanlanıb.
17 Yanvar 2018 16:10 DünyaABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs yeni bir ştat yaradıldığını elan edib. Ştatın ABŞ-dan deyil, Kaliforniyadan ayrıldığı bildirilib. ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Senata müraciət ünvanlanıb.
Müstəqillik təşəbbüsünün qurucusu Paul Preston Kaliforniyada sahilyanı ərazilərlə digər bölgələrin fərqli gəlir səviyyəsinə sahib olmasına baxmayaraq, eyni qanunlarla idarə edilməsinin haqsızlıq olduğunu və bu səbəbdən belə bir təşəbbüsün irəli sürüldüyünü deyib.
Qeyd edək ki, təşəbbüs tərəfdarlarının hüquqi prosedurları tamamlamasına 10 və ya 18 ay müddət tələb olunur. Axar.az