Avropanın mərkəzində böhran: hökumət istefaya getdi

Çexiya hökuməti istefaya gedib. Bunu jurnalistlərə açıqlamasında Çexiya Baş naziri Andrey Babiş söyləyib.

Çexiya hökuməti istefaya gedib. Bunu jurnalistlərə açıqlamasında Çexiya Baş naziri Andrey Babiş söyləyib.

Qeyd edək ki, Çexiya parlamenti dünən Babişin formalaşdırdığı hökumətə etibar etməkdən imtina edib. Yeni formalaşmış kabinetin lehinə təkcə Babişin rəhbərlik etdiyi populist ANO hərəkatından olan 78 deputat səs verib. Hökumətin əleyhinə isə 117 deputat çıxıb. Əgər Babiş üç dəfə hökuməti qura bilməsə, o zaman Çexiyada növbədənkənar parlament seçkisi keçiriləcək.

Andrey Babiş Avropa Birliyinin əsas əleyhdarlarından hesab edilir. Hazırkı prezident Miloş Zemanın əsas tənqidçisi sayılan Babiş baş nazir olacağı təqdirdə ölkəni AB-nin təsirindən çıxarmağa çalışacağını bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31