Gündəm
Azərbaycan XİN: BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırışını təqdir edirik
“BMT-nin baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik”.
BBQ Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə müzakirə olunacaq bəzi məsələləri açıqlayıb
Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdəATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək. Məlumata görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağmünaqişəsi ilə bağlı yayımladığı son məqalədə deyilir.
Mərakeşlə əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirildi.
Gənclər radikal meyillərdən qorunur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Anar İsmayılov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
Respublikanın ikinci böyük şəhərində Dövlət Proqramı uğurla icra edilir
2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin simasını demək olar ki, tamamilə dəyişdi, həm paytax Bakıda, həm də regionlarda infrastruktur layihələri həyata keçirildi, istehsal və emal müəssisələri yaradıldı. Bu da öz növbəsində ümumilikdə ölkə üzrə işsizlik probleminin aradan qalxmasına öz müsbət təsirini göstərdi.
Hər kəs təhlükə altındadır - "WhatsApp"da mesajlarınız oğurlana, zəngləriniz dinlənə bilər
"Kaspersky Lab" şirkəti android cihazlarında "WhatsApp" mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər. Bu virusun adı Skygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə "internet sürətləndiricisi" kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.
iPhone istifadəçiləri üçün təhdid - Ciddi zərər dəyə bilər - VİDEO
iOS istifadəçiləri proqram təminatının 10 və 11-ci versiyasında iPhone telefonlarını bloka salan səhv aşkar ediblər. Sistemdəki bu boşluq barədə "EverythingApplePro" Youtube kanalının aparıcısı danışıb. Hansısa iPhone-nu söndürmək üçün ona xüsusi hazırlanmış linki mesaj kimi göndərmək kifayət edir. Mesaj hədəfə catdıqdan sonra smartfonun sistemi ilişir və heç bir əməliyyata reaksiya vermir. 3 dəqiqədən sonra isə proqram təminatı istifadəçi interfeysini yenidən başladır. Amma mesajı yenidən göndərməklə smartfonu bir daha söndürmək mümkün olur.
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub
Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib. CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.
“ABŞ-da terrorizmlə bağlı ittiham edilənlərin 75%-i ölkə xaricində doğulub” – Tramp
"ABŞ-da terrorizmdə ittiham edilən şəxslərin 75%-i ölkə xaricində doğulub". Bu sözləri ABŞ prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb: "Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinin yeni hesabatı göstərir ki, terrorizmdə ittiham edilən hər 4 nəfərdən 3-ü ölkə xaricində doğulub.
“Putin, qoşunu yerit!” - SENSASİYALI İDDİA
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın Krıma təcavüzünə bəraət qazandırmaq üçün Rusiya prezidenti Vladimir Putini Ukraynaya qoşunlarını yeritməyə çağırırdı.
Qubada modul tipli məktəb istifadəyə verilib
Yanvarın 17-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub. “OLAYLAR”-ın xəbərinə görə, media nümayəndələri Quba rayonunun Çağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.
Merilin Monronun həyatı serialda
Məşhur Amerika aktrisası, müğənni və model Merilin Monronun həyatının son anlarından bəhs edən serial çəkilir. Aktrisa haqqında serial Sebastian Cauchonun “Merilin 1962” romanı əsasında çəkiləcək. On hissədən ibarət olacaq serialın prodüseri Mixail Merketdir.
Ötən il Azərbaycanda 57 mindən çox nikah qeydə alınıb
2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb. “Olaylar”ın məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib.














