Ötən il Azərbaycanda 57 mindən çox nikah qeydə alınıb

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb. “Olaylar”ın məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib.

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb. "Olaylar"ın məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 12191 təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31