Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub

Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib. CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. 

Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib. CASA tipli "CN 235" hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. İsparta valisi Şehmus Günaydın təyyarədə olan 3 nəfərin həlak olduğunu bildirib. Qəzanın səbəbləri araşdırılır. APA-nın Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31