Mərakeşlə əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirildi.
17 Yanvar 2018 17:15 SosialMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirilib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirildi. Nazim Səmədov son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra böyük islahatların həyata keçirildiyini və görülən işlərin sayəsində digər sahələrlə yanaşı, Azərbaycanda turizmin də sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndən söhbət açaraq, Nazim Səmədov, bu sənədi Azərbaycan ilə digər ölkələr arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək təqdirəlayiq addım kimi qiymətləndirdi və tədricən Mərakeş Krallığı ilə turizm sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə etdi.