Gündəm

Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi

17 Yanvar 2018 18:12

«Azərbaycan beynəlxalq miqyasda İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır». “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkar edilib

17 Yanvar 2018 18:11

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqənin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Qadının çantasından pul aparan keşmiş məhkum saxlanıb

17 Yanvar 2018 18:06

Paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıblar.

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

17 Yanvar 2018 18:05

Maştağa qəsəbəsindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-dən cari il yanvarın 15-dək olan müddətdə Maştağa qəsəbəsindəki evlərin birindən 120 manat, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zirəddinzadə saxlanılıb.

Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub

17 Yanvar 2018 18:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda "a" və "b" hərfləri ilə başlayan 200-dən çox sözün orfoqrafiya lüğətindən çıxarılması müzakirə olunub.

Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

17 Yanvar 2018 18:01

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib. Məlumata görə, bu,Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb. Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb. 

Könül Xasıyevanın həyat yoldaşı kimdir? - SENSASİYALI MÜSAHİBƏ - VİDEO

17 Yanvar 2018 17:59

Məşhur “Səni axtarıram" verilişinin aparıcısı Ucnoqta.az saytının və qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı xalq artisti Könül Xasıyevanın evini ziyarət edib.

İstanbul Mərmərə Universitetində "Kanlı Ocak"

17 Yanvar 2018 17:43

Yanvarın 17-də İstanbul Mərmərə Universitetində Azərbaycanın İstanbul Baş Konsulluğu tərəfindən təşkil edilən 1990-cı il 20 yanvar faciəsinə həsr edilmiş "Kanlı Ocak" (Qanlı Yanvar) foto sərgisinin açılışı olub. Sərgi geniş ictimaiyyət, ziyalılar, tələbələr tərəfindən böyük diqqətlə qarşılanıb. İctimaiyyətə xalqımızın öz ədalətli azadlıq mübarizəsindəki qəhrəmanlığı və fədakarlığının tarixi əsaslı şəkildə işıqlandırılıb. Sərgi yanvarın 18-nə qədər davam edəcək.

Evlərə qənim kəsilən şəxs tutulub

17 Yanvar 2018 17:42

Xaçmaz rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 3 ədəd rəsm əsəri, 2 ədəd çıl-çıraq, 1 ədəd DVD, 1 ədəd laqonda və yataq dəsti oğurlamaqda şübhəli bilinən Müqtədir qəsəbə sakini Məhəmməd Yusifov saxlanılıb.

Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı

17 Yanvar 2018 17:28

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir. Məlumata görə, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb. Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.

Siyavuş Novruzov: "“Freedom House” kimi təşkilatın qərarının müzakirəsinə ehtiyac yoxdur"

17 Yanvar 2018 17:27

“Ümumiyyətlə, Human Rights Watch, Freedom House və bir neçə bu kimi təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzəli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Həmin məlumatlar isə başdan ayağa qərəzdir. Freedom House bir qeyri-hökumət təşkilatıdır. Belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım deyil”. Bu fikirləri Freedom House təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən MM-in deputatı, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

General Novruzəli Orucovun oğluna hökm oxunur

17 Yanvar 2018 17:25

Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Azərbaycanda hepatit B və C-yə yoluxanların sayı artıb

17 Yanvar 2018 17:23

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Metroda gediş haqqı bilərzliklə ödəniləcək

17 Yanvar 2018 17:20

Moskvada bu gündən etibarən bilərzik formasında gediş kartları satışa çıxarılır. Məlumata görə, bilərzik kartlar iki cür – 20 və 40 gedişlik olacaq. Qiymətlərə gəlincə, "bilərziklər" müvafiq olaraq 897 rubl (təxminən 22 AZN) və 1644 rubl (təxminən 50 AZN) dəyərində satılacaq. Bildirilir ki, silikon bilərziklər metropolitendə, eləcə də yerüstü nəqliyyatda istifadə oluna biləcək.