Gündəm
"İtin qabağına atsan, yeməzdi" - Bülent Ersoy od püskürdü
Modelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi “hamısı saxtadır” sözləri qarşı tərəfi qəzəbləndirib. Verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb: “Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən?
İşçi Qrupu Tədbirlər Planını müzakirə edib
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" üzrə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupunun birgə iclası keçirilib.
Almaniyada böyük əməliyyat: İran casusları ələ keçdi
Almaniya polisi əməliyyat nəticəsində çoxlu sayda İran casuslarını ələ keçirib. Bu barədə informasiyanı “Fokus” jurnalı yayıb.
Kreml Dağıstana xüsusi qrup göndərdi
Rusiya Baş Prokurorluğu və digər rəsmi idarələrdən ibarət olan 40 nəfərlik mütəxəssislər qrupu Dağıstana gəlib. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Nostradamusdan 2018-lə bağlı şok proqnozlar
Nostradamus təxəllüslü, yəhudi əsilli Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyəti bu gün də doğru çıxmaqda davam edir. Nostradamusun dünya ağalığına can atan diktatorlar barəsindəki öncəgörmələri də zaman-zaman özünün həqiqiliyini sübut edib.
Haluk Levent 8 ildən sonra bəraət qazandı
Adı "şantaj", "saxta sənəd" qalmaqallarına qarışdığı iddia edilən müğənni Haluk Levent 8 il sonra bəraət qazanıb. Müğənninin 2010-cu ildə başlayan "terror təşkilatına üzv olmaq" və "terrora cəhd" cinayətləri üzrə məhkəməsi bu gün yekunlaşıb. Məlumata görə, 16 ilədək həbsi istənilən Leventin günahsızlığı sübuta yetirilib.
Naz Elmas ekranlara qayıdır
Bir zamanlar ekranların sevilən siması olan aktrisa Naz Elmas yarımçıq qoyduğu karyerasına qayıdır. Aktrisa Gülse Birselin “Jet Sosyete” serialında çəkiləcək. “Haziran gecesi” serialı ilə məşhurlaşan Naz Çağlar Çorumlu, Derya Karadaş, Cengiz Bozkurt, Gülse Birsel və Sarp Apak kimi məşhurlarla birlikdə kamera qarşısına keçəcək.
NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.
4 xarici məhbus həbsxanadan qaçıb - Döşəküzlərilə
Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb. Məlumata görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar. Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.
Oqtay Əsədov: Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir
Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən verilən məlumata görə, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, ölkə rəsmiləri arasındakı görüşlər, regional məsələlərə dair müzakirələr artıq müntəzəm xarakter alıb.
Kompüterlərin “hədiyyə etdiyi” 7 XƏSTƏLİK
Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrindən istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımız böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın neçə axıb getidiyinin fərqində olmuruq...
Xalq artisti vəfat etdi
Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. Bu barədə rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib. Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.
Britaniyada tənhalıq naziri təyin edildi - KİM?
Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin idman və ictimaiyyət naziri Treysi Krauçu yeni yaradılmış Tənhalıq məsələləri üzrə Nazirliyin rəhbəri təyin edib. Məlumata görə, T.Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib.
“Bu, dörd ölkənin intiharı olacaq” - ŞOK PROQNOZ
“Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılması 4 ölkənin – Türkiyə, İran, İraq və Suriyanın intiharı deməkdir”. Bunu “Yeni Şəfəq” nəşrinin internet saytında yayımlanan “Sosial şərh” proqramında siyasi şərhçi İbrahim Karagül deyib.
Müəllimlərin əməkhaqları artırıldı
Prezident İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.














