NATO baş komandanı Rusiya Baş Qərargah rəisi ilə Bakıda keçiriləcək görüşü barədə danışıb

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır.

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır. Məlumata görə, bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: "Hazırda bu görüş təşkil olunur".

Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31