4 xarici məhbus həbsxanadan qaçıb - Döşəküzlərilə

Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb. Məlumata görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar. Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.

Qeyd edək ki, ötən həftənin sonlarından etibarən Fransada həbsxana nəzarətçiləri təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından şikayət edərək aksiyalar keçirirlər. Bir neçə gün əvvəl həbsxanaların birində 50-yə yaxın nəzarətçi işə çıxmaqdan imtina etmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31