"İtin qabağına atsan, yeməzdi" - Bülent Ersoy od püskürdü
Modelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi “hamısı saxtadır” sözləri qarşı tərəfi qəzəbləndirib. Verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb: “Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən?
17 Yanvar 2018 18:50 DünyaModelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi "hamısı saxtadır" sözləri qarşı tərəfi qəzəbləndirib. Verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb: "Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən? Sənə bir-iki paltar tikdirdim, nə astarı bəlli oldu, nə üzü. Sən əvvəlcə başqalarını geyindirə bilməyi öyrən. Mən olmasaydım, sənin o paltarlarını itin qabağına atsaydın, yeməzdi. Özünü bir şey zənn edirsən. Nur Yerlitaşın mənə paltarlar tikməsini həzm edə bilmədin?". Axşam.az Türkiyə mediasına istinadən xəbər verir.