Respublikanın ikinci böyük şəhərində Dövlət Proqramı uğurla icra edilir

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin simasını demək olar ki, tamamilə dəyişdi, həm paytax Bakıda, həm də regionlarda infrastruktur layihələri həyata keçirildi, istehsal və emal müəssisələri yaradıldı. Bu da öz növbəsində ümumilikdə ölkə üzrə işsizlik probleminin aradan qalxmasına öz müsbət təsirini göstərdi.

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin simasını demək olar ki, tamamilə dəyişdi, həm paytax Bakıda, həm də regionlarda infrastruktur layihələri həyata keçirildi, istehsal və emal müəssisələri yaradıldı. Bu da öz növbəsində ümumilikdə ölkə üzrə işsizlik probleminin aradan qalxmasına öz müsbət təsirini göstərdi.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı respublikanın hər boir bölgəsində, əyalətində olduğu kimi respublikanın ikinci böyük şəhəri hesab edilən Gəncə şəhərində də uğurla həyata keçirilib. Elə bunu Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-2018-ci illəri əhatə edən dövrü ərzində, xüsusilə 2017-ci ildə görülən işlər bir daha təsdiqləyir. Məlumat üçün qeyd edək ki,  ötən il Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artıb, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdirilib. Şəhər iqtisadiyyatında mühüm rol oynayan "DET.AL Alüminium" MMC-nin Gəncə Alüminium zavodunda 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 22,7 faiz artıb. "DET.AL Alüminium" MMC dünyanın 17-dən çox ölkəsinə məhsul göndərir və müəssisə tam gücü ilə işini davam etdirir. "DET.Al Alüminium" MMC-də 2017-ci ildə istehsalın genişləndirilməsi ilə əlaqədar olaraq Anod istehsalı zavodu və II Faza Elektrolid zavodu inşasına başlanılıb. Həmçinin yeni istehsal xətləri istifadəyə verilib. "Gəncə Avtomobil zavodu" İstehsalat Birliyi Belarusiyanın Minsk Traktor zavodu, Rusiyanın Ural Avtomobil zavodu və digər zavodlarla qarşılıqlı səmərəli layihələrin axtarışı və reallaşdırılmasına istiqamətləniblər. Şəhər iqtisadiyyatında mühüm rol oynayan "Gəncə Avtomobil zavodu" İstehsalat Birliyində 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 1,8 dəfə artıb.

Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, 2016-cı il ərzində gənclərlə iş sahəsi üzrə 207 tədbir keçirilib, o cümlədən 192 yerli, 15 beynəlxalq tədbir, həmçinin idman sahəsi üzrə idmanın müxtəlif növlərindən 64 şəhər birinciliyi və kütləvi idman tədbirləri təşkil edib, həmin tədbirlərdə 60 mindən çox gəncin iştirakı təmin olunub. "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsi çərçivəsində "Türk Şurasının Gənclər Festivalı", "Avropa Gənclər Festivalı", "Tarixin canlı səhifələri IV Festivalı", "Avropa Şəhərciyi 2016-Gəncə", "Wonderland Azərbaycan" beynəlxalq yay düşərgəsi,  Ümumrespublika "Gənclər Debat Forumu - Payız 2016" layihəsinin final mərhələsi, beynəlxalq forumlar və sair bu kimi onlarla iri həcmli layihə uğurla reallaşdırılıb.

2016-cı ilin dekabrın 20-də "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin təntənəli bağlanış mərasimi keçirilib. Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən bu layihədə fəal iştirak edənlər fəxri fərmanlarla təltif olunublar. Avropa Gənclər Paytaxtının simvolik açarı 2017-ci ilin "Avropa Gənclər Paytaxtı" seçilmiş Bolqarıstanın Varna şəhərinin meri İvan Portnixə təqdim olunub. İl ərzində müxtəlif idman növləri üzrə 37 Respublika, 8 Beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında ümumilikdə 460 idmançımız iştirak etməklə, 163 müxtəlif əyarlı medal qazanıblar. Onlardan 74-ü qızıl, 52-si gümüş, 37-si bürünc medal olub.

Ümumiyyətlə, ötən illərdə şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılıb ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur. Orta aylıq əmək haqqı il ərzində ticarətdə 363,7 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 428,9 manat, emal sənayesində 368,6 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 517,9 manat, maliyyə və sığorta bölməsində 897,9 manat təşkil etməklə, digər sahədə çalışanların orta aylıq əmək haqqından daha artıq olub.

Sənaye müəssisələrinin anbarlarında əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, hazır məhsul ehtiyatı kifayət qədər artıb. Hazır məhsul ehtiyatlarının 4,8 faizi "MKT İstehsalat Kommersiya" MMC-nin "Gəncə Tekstil" filialının, 3,0 faizi "Gəncə Əlvan Metal Emalı" ASC-nin, 2,0 faizi "SEMPA" QSC-nin və 6,2 faizi isə digər sənaye müəssisələrinin anbarlarında toplanıb.

Dövlət Proqramı çərçivəsində Gəncə şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi də həyata keçirilib. Belə ki,  respublikada sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində Stadler sərnişin vaqon istehsalı zavodunun tikintisinə cari ildə başlanılması məqsədilə intensiv işlər aparılıb. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində "NB Satınalma və Ticarət" MMC tərəfindən illik istehsal gücü 3,5 milyon kv. metr olan Süni mərmər qranit və quru inşaat qarışıqları zavodunun, "MFK" MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan müəssisənin inşası davam etdirilməkdədir.

2016-cı ildə Gəncədə keçirilən "IV Beynəlxalq Şərab Festivalı"nda "Gəncə Şərab-2" ASC-nin istehsal etdiyi "Roze" şərabı qızıl medala, "Hill side" Saperavi şərabı isə gümüş medala layiq görülüb. 2017-ci ildə müəssisədə üzümçülük təsərrüfatı 15 hektar genişləndirilərək ümumi sahəsi 420 hektara çatdırılıb. "Gəncə Cihazqayırma zavodu" ASC-də ötən illərdə 450 min manata yaxın yeni müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb istifadəyə verilib. İstehsal olunan məhsulun 2 milyon 787 min manatı xaricə ixrac olunub.

Dövlət Proqramı şərçivəsindı şəhərin kommunal təsərrüfatı da yaxşılaşdırılıb. Qaz, işıq, su xətləri yenilənib. Belə ki, Gəncəçay çayında suyun səviyyəsinin qalxması səbəbindən çayın məcrasında inşa edilmiş evlərin köçürülməsi ilə əlaqədar Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün ayrılan ərazidə kompleks tikinti işləri davam etdirilib. Gəncə şəhəri, Cavad xan küçəsi, 34, Atatürk prospekti, 264 və 266 nömrəli ünvanlardakı qəza vəziyyətində olan yaşayış binaları sökülərək sonuncu binaların yerində ucaldılmış yeni 5 mərtəbəli, 50 mənzilli yaşayış binası inşa edilərək əhalinin istifadəsinə verilib. Burada, həyətdə 2 ədəd 50 kvm-lik su çəni, qazanxana, nasosxana, 630 kvt-lıq transformator, mənzillər su, işıq və qaz ilə tam təmin olunub.

Yenidənqurma işlərinin davamı olaraq 10-6/ 0,4 kV-luq elektrik şəbəkəsində 2016-cı il ərzində 20,2 kilometr uzunluğunda 10-6 kV-luq elektrik verilişi xətləri, 826 transformator məntəqəsi əsaslı və cari təmir olunub, 17,9 kilometr uzunluğunda yeni müasir tipli özüdaşıyan izolyasiyalı naqil "SİP" və kooksial kabel xətti çəkilib və 3,5 km uzunluğunda olan "SİP" xətti isə yeni dirəklər üzərinə köçürülüb.  Şəhər ərazisində ayrı-ayrı ünvanlarda - Cavad xan qəsəbəsində 4 ədəd, Məhsəti qəsəbəsində 2 ədəd, Natəvan qəsəbəsində 1 ədəd, Şıxzamanlı qəsəbəsində 1 ədəd, Sadıllı qəsəbəsində 1 ədəd, Yeni Gəncə yaşayış massivində 2 ədəd, mikrorayonlarda 2 ədəd, Totanlı küçəsində isə 1 ədəd, cəmi 15 ədəd 6,8 mVA gücündə müasir tipli Kompleks Transformator məntəqələri (SKTM) quraşdırılıb. 

Gəncə Qaz İstismarı Sahəsi tərəfindən 2016-cı ildə mövcud qaz şəbəkəsinin təhlükəsiz istismarının təmin edilməsi, onun istehlakçılara nəqli, həmçinin qaz itkisinin azaldılması sahəsində müəyyən işlər görülüb. İl ərzində qaz şəbəkəsinin qorunub saxlanılması, sənaye və məişət istehlakçılarına verilən qazın təzyiq rejimlərinin nizamlanması məqsədi ilə şəhərin ayrı-ayrı ərazilərində 39 ədəd qaz tənzimləyici şkaf və 8 ədəd siyirtmə yenisi ilə əvəz  edilmiş, həmçinin müvafiq olaraq 992 ədəd QTŞ və 343 ədəd siyirtmə əsaslı təmir və təftiş edilib.

Şəhərdə su şəbəkəsində və kanalizasiya sistemində aparılan yenidənqurma işləri ilə yanaşı, mövcud şəbəkənin fasiləsiz işinin təmin edilməsi ilə əlaqədar Gəncə "Sukanal" Törəmə SC tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb.. Belə ki, 2016-cı il ərzində ayrı-ayrı ünvanlarda ümumi uzunluğu 22 min 82 p/metr və 1 min 53 p/metr müxtəlif diametrli müvafiq olaraq magistral və məhəllədaxili su və kanalizasiya borusu, 4 min 615 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli, 60 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmə, 81 ədəd kanalizasiya lyuk qapağı, 3 ədəd elektrik mühərriki və subartezian nasosu dəyişdirilib yenisi ilə əvəz edilib.

Həmçinin təhsil sistemi də proqram çərçivəsində kənarda qalmayıb. Belə ki, 240 yerlik 31 nömrəli Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilİB. 120 yerlik 1 nömrəli və 240 yerlik 44 nömrəli Körpələr evi-uşaq bağçalarında yenidənqurma və əsaslı təmir işləri, həmçinin Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi həyata keçirilib. Şıxzamanlı qəsəbəsində 240 yerlik 25 nömrəli Körpələr evi-uşaq bağçası Yaponiyanın Azərbaycandakı səfirliyinin və şəhər İcra Hakimiyyətinin birgə səyi nəticəsində tam əsaslı təmir olunaraq istifadəyə verilib. Bağça müasir istilik sistemi ilə təchiz edilib, gigiyenik tələblərə cavab verən mətbəxi və camaşırxanası müasir səviyyədə yenidən qurulmuş, bağçanın ətrafında təmizlik, səliqə-sahman yaradılmış, yaşılıq zolaqları salınıb.

30 saylı tam orta məktəbdə 1936-39-cu illərdə fəaliyyət göstərən 20 nömrəli təyyarəçilik məktəbində təlim keçən ispan təyyarəçiləri və onların təlimçilərinin xatirəsinə həsr olunmuş muzey yaradılıb.

"Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqdisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar hesabat dövründə Azərbaycan Dövlət Aqrar Universitetində 7 mərtəbəli 514 yerlik tələbə yataqxanası istifadəyə verilmiş, layihə çərçivəsində ikinci yataqxananın tikintisi isə davam etdirilir. Yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişəti ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulub.  Belə ki, 2016-cı ildə A.Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası və İnfeksion Xəstəxana, 6 saylı Poliklinika əsaslı təmir olunub, müasir tibbi avadanlıq və cihazlarla təmin olunaraq istifadəyə verilib. A.Səhhət adına 1 nömrəli şəhər Xəstəxanası ən müasir müalicə metodlarından sayılan Nüvə Maqnit Rezonans və Kompyuter Tomoqrafiyası, Ultrasəs müayinə, rəqəmsal rentgen aparatı, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulometrlə narkoz aparatları, monitorlarla və digər aparat də avadanlıqlarla təmin olunaraq istifadəyə verilməsi sakinlərin yüksək səviyyədə səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradıb. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31