Zaqatalada yeraltı keçid inşa edilib

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Agentliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni piyada keçidi Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində inşa edilir. Yeraltı keçid 4 giriş-çıxışlıdır. Piyada keçidinin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metr təşkil edir. Layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb. Keçiddə 9 yerdə təhlükəsizlik kameraları da qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31