Profilaktiki tədbirlər nəticə verir
Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər öz nəticəsini verir. Belə ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.
17 Yanvar 2018 16:20 SosialPolis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər öz nəticəsini verir. Belə ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah - 1 ədəd "AKMS" markalı avtomat silahı, 2 ədəd "İJ", 3 ədəd "TOZ" markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.