2018-ci il Azərbaycan üçün əhəmiyyətli il olacaq

Azərbaycan ötən ili siyasi, iqtisadi və diplomaik sahədə bir sıra uğurlara imza atmaqla baş vurdu. Xüsusən, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, növbəti illər üçün baza rolunu oynamış oldu. Başqa sözlə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə müşahidə olunduğu halda, Azərbaycanda dinamik inkişaf müşahidə olundu. İqtisadi islahatlar ili kimi yadda qalan 2017-ci il gələcək illərdə əldə ediləcək uğurlar üçün zəmin yaratmış oldu.

Əli Məsimli: "İqtisadiyyatın səmərəliliyini artırmaq və əhalinin güzəranını yaxşılaşdırmaq üçün yetərincə imkanlar var"

Azərbaycan ötən ili siyasi, iqtisadi və diplomaik sahədə bir sıra uğurlara imza atmaqla baş vurdu. Xüsusən, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, növbəti illər üçün baza rolunu oynamış oldu. Başqa sözlə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə müşahidə olunduğu halda, Azərbaycanda dinamik inkişaf müşahidə olundu. İqtisadi islahatlar ili kimi yadda qalan 2017-ci il gələcək illərdə əldə ediləcək uğurlar üçün zəmin yaratmış oldu. Ötən ilin iqtisadi göstəriciləri dediklərimizi bir daha təsdiq edir. Belə ki, ötən il Ümumi Daxili Məhsulda nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Qeyri-neft sektorunda artım 2,5 faiz, kənd təsərrüfatında isə 4,1 faiz artım müşahidə olunub. Ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, növbəti ildə də ölkənin dinnamik iqtisadi inkişafı davam edəcək: "Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək".
Bəli, cari ilidə də iqtisadi islahatların davam edəcəyi heç kimdə şübhə yaratmır. Üstəlik, israsına başlanılmş layihələr davam etdiriləcək, yeni sosial-infrasruktur proqramların icrasına start veriləcək. Xüsusən, əhalinin ərzaq təhlükəsizliyi məsələsi diqqət mərkəzində olacaq: "Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur. Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın".
Millət vəkili Əli Məsimli qeyd edib ki, 2018-ci il Azərbaycan üçün əhəmiyyətli bir il olacaq: "2018-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili və həm də Prezident seçkiləri ilidir. Ona görə də bu möhtəşəm tarix digər məsələlərlə yanaşı, həm də iqtisadiyyatın səmərəliliyinin artırılması sahəsində və əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır. İqtisadiyyatın səmərəliliyini artırmaq və əhalinin güzəranını yaxşılaşdırmaq sahəsində Azərbaycanın yetərincə potensial imkanları var. Sistemli islahatlar genişləndirilsə və dərinləşdirilsə, iqtisadiyyatımızın həm real, həm maliyyə, həm də sosial sektorlarında vəziyyəti xeyli dərəcədə yaxşılaşdırmaq olar. Ona görə də ciddi islahatlar həyat keçirməklə yerli istehsalın inkişafını sürətləndirmək, əmək məhsuldarlığını artırmaq, monopoliyanın təsir dairəsini məhdudlaşdırmaq istiqamətində ciddi işlər görülməlidir. Son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar, rəqabəti boğmaqla, eyni zamanda həm də iqtisadiyyatın şaxələnməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının artmasına, məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin dinamikasına mənfi təsir göstərirlər. İnhisarçılıq həm də qiymətin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb olur. Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, antiihisarla bağlı təşkilati tədbirlər həyata keçirilməlidir". Millət vəkili hesab edir ki, qarşıya qoyulan iqtisadi uğurlara nail olmaqdan ötrü rəqabətə geniş meydan verilməlidir. Həmçinin bazara daha çox şirkətlərin çıxmasına şərait yaradılmalıdı: "Bununla da həmin iş adamları qiyməti aşağı salmaqla uduş əldə etsinlər. Qiyməti qaldırmaqla yox, daha çox mal satmaqla dövriyyədən qazanmaq üsuluna keçilsə və digər sivil bazar münasibətlərinin üsullarından istifadə olunsa, qiymət artımını xeyli dərəcədə səngitmək olar. İnflyasiya 5 faizi ötəndə, bu səviyyədə qiymət artımı əhalinin güzəranına nəzərçarpan dərəcədə mənfi təsir göstərir. Ötən il hökumətin birrəqəmli inflyasiyaya hədəflənmiş 7 faizlik proqnozuna qarşı, onun 13 faizi, ərzaq məhsulları üzrə isə 16 faizi ötməsi, gəlirlərin isə cəmi 7 faiz artımı şəraitində əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına ciddi, orta təbəqənin güzəranına qismən mənfi təsir göstərdi. Ona görə də büdcə təşkilatlarında çaılışanların maaşlarının, pensiya və müavinətlərin nəzərəçarpan dərəcədə qaldırılmasına ehtiyac var. Bu il bu sahədə addımlar atılacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31