Gündəm

Səhiyyə İdarəsi: Bakıda rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir

25 Yanvar 2018 12:42

"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir". Bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib. O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox  sentyabr-may ayları ərzində daxil olur.

Miqrasiya Xidməti maarifləndirici tədbirlər keçirir

25 Yanvar 2018 12:40

Dövlət Miqrasiya Xidməti Ağsu rayonunda maarifləndirici tədbir keçirib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə miqrant axınının dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaratdığı bildirilib: Birincisi, milli təhlükəsizlik, ikincisi, əmək bazarının qorunmasıdır. Hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır.

Latviyanın təqaüd proqramı

25 Yanvar 2018 12:38

Latviya Hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

Metropoliten tələbələrə sertifikat verdi

25 Yanvar 2018 12:35

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən, universitetin informasiya texnologiyaları və idarəetmə fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasının III kurs tələbələri metropolitendə istehsalat təcrübəsini başa vurublar.  “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, üç aylıq təcrübəni uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeydiyyatdan keçən 25 tələbədən təcrübə müddətində davamlı iştirak edən 18 nəfərinə sertifikatlar təqdim olunub. 

Qərargah: Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyənləşib

25 Yanvar 2018 12:34

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Davosda Türkiyəni “topa tutdu”: “2015-ci ilin əvvəlində...”

25 Yanvar 2018 12:29

Yunanıstanın baş naziri Aleksis Çipras İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumunda Türkiyə əleyhinə gərginliyi artıracaq ifadələr işlədib.  Baş nazir Aralıq dənizi regionunda sabitlik və miqrant böhranı ilə bağlı konfransda çıxışı zamanı Türkiyəni “aqressiv qonşu” adlandırıb. Çipras 2015-ci ilin əvvəlində iqtidara gələndə Yunanıstanın yalnız iqtisadi böhran və miqrant problemi ilə deyil, eyni zamanda, “Egeydə təxmin edilməsi mümkün olmayan hərbi həmlələr edən aqressiv bir qonşu” ilə məşğul olmaq məcburiyyətində qaldığını söyləyib.

Gənclər günü Filarmoniyada

25 Yanvar 2018 12:25

Fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə həsr edilmiş tədbir keçiriləcək. Filarmoniyadan Olaylar.az -a bildirilib ki, tədbir Filarmoniya və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb

25 Yanvar 2018 12:25

Bakıda türkiyəli iş adamının evi qarət edilib. Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Səfir: "İtaliyada TAP əleyhinə etirazlar Azərbaycana qarşı deyildi"

25 Yanvar 2018 12:23

“İtaliyada “No TAP” etirazları Azərbaycana və Azərbaycan qazına qarşı olmayıb. Bunu ilkin olaraq vurğulamaq istəyirəm”. Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

MTRŞ TV yayım paketlərinin strukturunda dəyişikliklər aparıb

25 Yanvar 2018 12:20

"Dünyada televziya yayımı sahəsində formatların yarışması gedir. Mövcud SD formatı əslində analoq TV yayımına mənsub olmuş formatdır. Rəqəmli TV yayımına keçməklə bir çox təhriflər aradan qalxsa da, SD-nin saxlanması ilə həlletmə qabiliyyətində dəyişiklik olmayıb. Bu zaman təsvirdəki kiçik detallar canlandırıla bilmir".

Papa yenə Trampa İLİŞDİ: "İlk yalan danışan ilan..."

25 Yanvar 2018 12:19

Hər mövzuda ABŞ prezidenti Donald Trampa əks fikirlər söyləyən Roma Papası bu dəfə prezidentin “yalan xəbər” ifadələrinə “ilişib”. Papa dünyada ilk yalan xəbər müjdəçisinin Həvvanı qadağan olunmuş ağacın meyvəsini yeməyə razı salan ilan olduğunu deyib. Xristian kilsəsinin başçısı katoklilərin bu il 52-ci dəfə təşkil edəcəyi “Dünya Sosial Əlaqə Günü” mərasimi üçün “saxta xəbərlər və sülh jurnalistliyi” başlıqlı mesaj yayımlayıb.

"Qarabağ" bir gündə iki oyun keçirəcək

25 Yanvar 2018 12:17

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.  Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.

"Arvadım çox deyinirdi, boğub öldürdüm" - BAKIDA ŞOK OLAY

25 Yanvar 2018 12:15

Yanvarın 24-nə keçən gecə Suraxanı rayonu, Əmircan qəsəbəsində 33 yaşlı kişinin keçmiş həyat yoldaşını boğaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlunun 1992-ci ildə anadan olmuş Orucəliyeva Ülviyyə Sulduz qızını ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.

Duqindən şok: ABŞ səssiz qalmayacaq, Türkiyə…

25 Yanvar 2018 12:12

Rusiya “Zeytun budağı” əməliyyatlarına ABŞ-ın Suriyadakı varlığından narahat olduğu üçün icazə verib. Bu sözləri “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi artıq məhv olub və onların əlində yalnız kürd kartından başqa heç nə qalmayıb: “Bu əməliyyatı analiz edən zamanı kürd faktorunu diqqətə almalı və onların Amerika strategiyasının bir vasitəsi olduqlarını unutmamalıyıq.

Kərkükdə terror

25 Yanvar 2018 12:10

İraqın Kərkük şəhərinə yaxın ərazidə yerləşən Dakuk qəsəbəsində terror hadisəsi baş verib. Olaylar.az bildirir ki, partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb. Avtomobil məscid yaxınlığında saxlanılan avtomobil uzaqdan idarəetmə ilə partladılıb. Partlayış insanların məscidə gəldiyi saatlarda həyata keçirilib.