Miqrasiya Xidməti maarifləndirici tədbirlər keçirir

Dövlət Miqrasiya Xidməti Ağsu rayonunda maarifləndirici tədbir keçirib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə miqrant axınının dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaratdığı bildirilib: Birincisi, milli təhlükəsizlik, ikincisi, əmək bazarının qorunmasıdır. Hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır.

Dövlət Miqrasiya Xidməti Ağsu rayonunda maarifləndirici tədbir keçirib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, tədbirdə miqrant axınının dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaratdığı bildirilib: Birincisi, milli təhlükəsizlik, ikincisi, əmək bazarının qorunmasıdır. Hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. DMX ötən dövrdə bu sahədə bir sıra uğurlara imza atıb. Tədbirin sonunda vətəndaşlara səyyar xidmət göstərilib. 5 nəfərə müvəqqəti yaşama və 1 nəfərə daimi yaşama icazələrinin verilməsi, həmçinin 2 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahıları verilib. Bundan əlavə, 1 şəxsə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə arayış təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31