Naapetyan: Qərb Ermənistanı Türkiyənin təsir dairəsinə salmağa çalışır – ÖZƏL
10:40 SiyasətOlaylar.az xəbər verir ki, erməni hərbi-siyasi analitik Hayk Naapetyan "Sputnik Armenia"ya müsahibəsində bildirib ki, Qərb Ermənistanı Türkiyənin təsir dairəsinə salmaq niyyətindədir.(?-red.) Onun sözlərinə görə, Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) konsessiyasının ləğv edilərək Qazaxıstan şirkətinə verilməsi cəhdi Ermənistanın deyil, Mərkəzi Asiyada vəziyyəti gərginləşdirmək və Rusiya ilə yeni münaqişə ocağı yaratmaq istəyən NATO və Türkiyənin maraqlarına xidmət edir.
Naapetyan iddia edir ki, Qərbin planı Ermənistanı Türkiyənin himayəsi altında regional iqtisadi sistemə inteqrasiya etməkdir ki, bu da zamanla ermənilərin öz ölkələrində azlığa çevrilməsinə gətirib çıxara bilər. O, həmçinin xəbərdarlıq edib ki, Rusiyanın hərbi varlığının və sərhədçilərinin Ermənistandan çıxarılması Moskva və Qars müqavilələrini şübhə altına alacaq, Rusiya-İran "Şimal-Cənub" nəqliyyat dəhlizinə zərbə vuracaq və regionda sərhədlərin Türkiyənin lehinə dəyişməsinə şərait yaradacaq.