Gündəm
Bir ayda manat avro qarşısında 5 faizə yaxın dəyər itirib
Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O, bildirib ki, bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2 manat 11 qəpiyədək azalıb: “İndi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır.
İtaliyada qatar qəzası – Ölən və yaralananlar var
İtaliyanın Milan şəhərində qatar qəzası baş verib. Olaylar.az bildirir ki, relsdən çıxan qatar ən azı iki nəfərin ölümünə, yüzdən çox insanın yaralanmasına səbəb olduğu bildirilir. 5 nəfərin də dağıntılar altında qaldığı açıqlanıb.
Qüsurlu orfoqrafiya lüğəti - SORĞU
Və yaxud yeri səhv düşən sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı İlahiyyatçı alim Nəriman Qasımoğlu və AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi ishcisi, ərəbşünas Elvüsal Məmmədovla ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Baş terapevt açıqladı: Siqaret çəkən kişilər...
Sentyabr və may ayı ərzində həm kəskin xəstəliklər baş verə, həm də xroniki xəstəliklər kəskinləşəcəyi dövrdür. Bu sözləri baş terapevt Rəhilə Əliyeva bu gün Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında bildirib. R.Əliyeva bildirib ki, Kliniki Tibbi Mərkəzə ən çox müraciətlər tənəffüs sistemi xəstəlikləri, ürək-damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləridir: “Ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir.
Qar yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
Sabah, yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Elgiz açıq-saçıq geyimli müğənnini efirdə BİABIR ETDİ- VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Lətifə Soyuöz olub. Efirə açıq-saçıq və qısa geyimdə gələn sənətçi aparıcı Elgiz Əkbər tərəfindən tənqid olunub: “Vallah, qıraqdan baxanda lap utandım.
Bakıda silah satmaq istəyən iş başında yaxalandı
Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a bildirilib ki, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Milli Məclis ikinci iclasa fevralın 13-də toplaşacaq
Milli Məclisin bu ilin yaz sessiyasının ikinci plenar iclasının vaxtı məlum olub. Məlumata görə, parlamentin növbəti plenar iclası fevralın 13-də keçiriləcək. Plenar iclasın gündəliyi vaxtlarda günlərdə açıqlanacaq.
Allahşükür Paşazadə Türkiyədə Qüdsdən danışacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycanda nikah müqaviləsi məcburiləşdirilə bilər
Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir. “Olaylar”ın məlumatına görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.
Komitəyə 124 müraciət daxil olub
Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.
Uşaqları ziyanlı informasiyadan necə qorumalı-yeni qanun layihəsi hazırlanıb
Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim edilib. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.
Deputatlar uşaqlara qarşı zorakılıqdan danışdılar
"Son vaxtlar az yaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.
"Teleqüllənin uçması gözlənilmir"
"Teleqüllənin uçması qətiyyən gözlənilmir". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb. Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir.
"Azərişıq" sənədsiz evlərə elektrik enerjisinin verilməsi ilə bağlı ƏMDK ilə danışıqlar aparır
"Ötən il “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmətə” 33 min müraciət olunub. 30 min abonentinin elektrik şəbəkəsinə qoşulması uğurla həyata keçirilib". Məlumata görə, bunu bu gün “Azərişıq” ASC-nin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi yeniliklər, xüsusilə də “Doing Business”in tələblərinə uyğun olaraq görülən işlərlə bağlı keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov bildirib.













