Allahşükür Paşazadə Türkiyədə Qüdsdən danışacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində "Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.Turkiyə hökumətinin himayəsi altında keçiriləcək Konfransda Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31