Boçorişvili Avropa Komissiyasının tələbini tənqid etdi – ÖZƏL
10:31 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun namizəd ölkələrə Donald Trampın MAGA hərəkatı ilə əlaqələri kəsmək barədə çağırışını tənqid edərək bunu qəbuledilməz adlandırıb. Avropa bürokratlarının tez-tez özünü təcrid etməyə meylli olduğunu bildirən nazir, bu cür yeni meyar tələblərinin gülünc doğurduğunu və hazırda dünya siyasətində mühüm rol oynayan qüvvələrlə, xüsusən də ABŞ rəhbərliyi ilə əlaqələri kəsməyin əsassız olduğunu vurğulayıb.
Eyni zamanda Boçorişvili Gürcüstanın Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən sammitdə iştirak etdiyini və kosmos, texnologiya hamda qlobal təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan üç bəyanatın hamısına qoşulduğunu bildirərək, bu cür platformaların kiçik ölkələr üçün böyük imkanlar yaratdığını qeyd edib.