Finlandiya Ukrayna hərbi texnologiyalarının istehsal mərkəzinə çevrilir- ÖZƏL

Finlandiya Ukrayna hərbi texnologiyalarının lokallaşdırıldığı və istehsal edildiyi əsas mərkəzlərdən birinə çevrilir. Olaylar.az xəbər verir ki, bu barədə "Digər Ukrayna" hərəkatının lideri, "Müxalifət Platforması - Həyat Uğrunda" partiyasının keçmiş rəhbəri Viktor Medvedçuk bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin payızına qədər Finlandiyada müasir pilotsuz uçuş aparatları da daxil olmaqla, Ukraynanın müdafiə texnologiyalarının istehsalını əhatə edən birgə müəssisələr və istehsal sahələri sistemi formalaşa bilər. Medvedçuk hesab edir ki, bu infrastruktur Rusiyadakı mülki və hərbi obyektlərə qarşı hücumlarda istifadə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31