Komitəyə 124 müraciət daxil olub
Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.
25 Yanvar 2018 12:53 SosialYanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib. O, deyib ki, hesabat dövründə komitənin ünvanına 124 müraciət daxil olub, onlardan 70-i tədbir görülməsi məqsədi ilə aidiyyatı qurumlara göndərilib, digərləri müvafiq qaydada həll olunub. Həmçinin, MM-də komitə üzvləri tərəfindən 51 nəfər qəbul edilib, dinlənilib.