"Qarabağ" bir gündə iki oyun keçirəcək
Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.
25 Yanvar 2018 12:17 İdmanTəlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoldaşlıq matçında "Kuban"la, digər görüşdə "Lexiya"ilə heç-heçəyə razılaşmışdı. Təmsilçimiz yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək. Publika.az