Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi

Qazaxıstanın "Eurovision 2027"də iştirakı təsdiqlənməyib.

Milli.Az xəbər verir ki, Qazaxıstan 2027-ci ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün müraciət edib.

Lakin Avropa Yayım Birliyi (AYB) ölkənin mövcud üzvlük meyarlarına cavab vermədiyini açıqlayıb.

Qaydalara əsasən, AYB-yə tam üzvlük Beynəlxalq Telekommunikasiya İttifaqının Avropa Yayım Bölgəsinə daxil olan ölkələrdən və ya Avropa Şurasına üzv dövlətlərdən olan yayımçılar üçün mümkündür.

2026-cı ilin iyununda AYB nizamnaməsinə edilən dəyişiklikdən sonra Avropa Yayım Bölgəsindən kənarda yerləşən ölkələrin yayımçıları üçün də yeni imkan yaradılıb. Belə ölkələrin yayımçıları dövlətləri Avropa Şurasında rəsmi müşahidəçi statusuna malik olduğu və digər tələblərə cavab verdiyi halda tam üzvlük üçün müraciət edə bilərlər.

Bildirilib ki, Qazaxıstan bu meyarların heç birinə uyğun gəlmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31