Gündəm
Türkiyə ilk dəfə Suriyanın Mənbic şəhərinə zərbələr endirdi
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) "Zeytun budağı" əməliyyatı çərçivəsində ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib. Həmin ərazilərin PYD və YPG terror təşkilatlarının nəzarətində olduğu bildirilir. Zərbələr nəticəsində YPG-nin qərargahlarından biri darmadağın edilib.
Moskvada bazar yanır
Moskvanın cənub-şərqindəki "Sadovod" (Bağban) bazarının ticarət pavilyonlarının birində yanğın başlayıb. Yanğın 20 kvadrat metrlik ərazini əhatə edir. Bildirilir ki, pavilyondakı insanlar təxliyə olunub. Son məlumata görə, təxliyə olunanların sayı 150 nəfər təşkil edib, xəsarət alanlar barədə informasiya verilməyib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.
AKP-dən HDP-yə: Mövqeyini bəlli et!
AKP, MHP və CHP Afrin əməliyyatları məsələsində müttəfiqdirlər, HDP də bu məsələdə mövqeyini bəlli etməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş söyləyib. “Türkiyədə əhali və 3 siyasi partiya milli məsələdə ittifaqa girib. Burada əslində HDP-ni böyük sınaq gözləyir. Əgər HDP Türkiyəyə bağlıdırsa və bu torpaqlara aidiyyəti varsa, bizimlə ittifaqa girməyə məcburdur”, – deyə o bildirib.
Salyanda 2 nəfər bıçaqlandı
Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə DİN Mətbuat Xidmətindən verilən mlumatda bildirilir ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanıb.
AŞPA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək
Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın məruzəsi dinləniləcək.
Bakıda ikimərtəbəli ev yanıb
Bakı şəhərində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib. “Olaylar”ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.
Oqtay Əsədov: “Azərbaycan və Koreya arasında dostluq əlaqələri dərin köklərə malikdir”
Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səməd Seyidov: “Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir”
“Hər birimiz görürük ki, hamımız terrordan əziyyət çəkirik. Təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir”. “Olaylar” xəbər verir ki, bunu AŞPA-nın sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Şəhid adları mərmidə
Türkiyə Silahlı Qüvvələri Afrində həyat keçirdiyi “Zeytun budağı” əməliyyatı zaman şəhid olan əsgərləri unutmadılar. Olaylar.az bildirir ki, əməliyyatda iştirak edən əsgərlər terrorçuları hədəf aldıqları mərmilərin üzərinə şəhid dostlarını adlarını yazıblar.
XİN rəhbərləri konqresə hazırlıqdan danışıblar
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Məlumata görə, nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlıq məsələsini müzakirə ediblər.
"Azərbaycanın reytinqdə irəliləməsi inkişafımızın göstəricisidir"
“Davos İqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub. Artıq Forumda təkcə iqtisadi məsələlərin deyil, həm də siyasi məsələlərin müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb”. Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Multikulturalizmin uğurlu və örnək Azərbaycan modeli
Son illər Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yürütdüyü istər daxili, istərsə də xarici siyasəti, respublikada baş verən iqtisadi yüksəliş, elmi-texniki tərəqqi, tolerantlıq haqqında nəinki ölkəmizdə, hətta xaricdə də ağızdolusu danışılır. Hətta bəzi ölkələr iqtisadiyyatın və xidmətin Azərbaycan modelinə istinad edirlər.
Ötən il yanğınlar 51 nəfərin h əyatına son qoyub
2017-ci ildə Azərbaycanda 11 853 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12 911 çıxış edilib.
Manyak həkim 175 il həbs aldı - ABŞ idmanında qalmaqal - VİDEO
ABŞ-ın idman gimnastikası üzrə sabiq baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub. O, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə suçlanır. 54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqdla suçlayıblar.
Bu dəfə 10 gün sürə bilər - İstanbul və Bursada reyslər təxirə salındı
İstanbulda yenə dəniz reysləri təxirə salınıb. Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.













