"Azərbaycanın reytinqdə irəliləməsi inkişafımızın göstəricisidir"
“Davos İqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub. Artıq Forumda təkcə iqtisadi məsələlərin deyil, həm də siyasi məsələlərin müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb”. Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
25 Yanvar 2018 11:52 İqtisadiyyat"Davos İqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub. Artıq Forumda təkcə iqtisadi məsələlərin deyil, həm də siyasi məsələlərin müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb". Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, 1970-ci illərdə yaranan Davos İqtisadi Forumu hazırda 2000-dən çox iştirakçının təmsil olunduğu nəhəng təşkilata çevrilib.
Azərbaycan 1995-ci ildən müntəzəm olaraq Forumda iştirak etdiyini deyən R. Əliyev söyləyib ki, artıq illərdir ki, forumun işində dünyanın aparıcı ölkələrinin dövlət və hökümət rəhbərləri aparıcı şirkətlərin və beynəlxalq təşkilatın rəhbərləri iştirak edir.
Azərbaycan Prezidentinin forumda çıxışının mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirən deputat qeyd edib ki, ölkə başçısının Forumun proqramına əsasən "Strateji baxış-Avrasiya" paneli çərçivəsində çıxışı ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində növbə mühüm addım idi: "Prezident İlham Əliyev qonşu ölkələrə münasibətlər barədə danışarkən qeyd etdi ki, ərazilərimizin 20% -ni işğal etmiş Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə çox yüksək münasibətlərə malikdir. Azərbaycan gənc müstəqil ölkədir. Ancaq Azərbayacan sözün əsil mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu ona həqiqi müstəqil siyasət aparmağa imkan verib. Bu siyasət nəticəsində Azərbaycan müstəqillik illərində bütün sahələrdə sürətli inkişafa nail olubvə böyük uğurlar qazanıb".
Deputat qeyd edib ki, dünya İqtisadi Formunun reytinq cədvəlində Azərbaycan öz yerini möhkəmləndirir və ildən-ilə irəliləyir: "Bildiyiniz kimi Artıq ötən ilə nisbətən Azərbaycan rəqabətlilik indeksinə görə dünyada 35 yerdədir. İqtisadiyatın inklüzivliyinə görə Azərbaycan 3-cü pillədə qərarlaşıb və buda ölkəmizin qısa zaman ərzində inkişaf edən dövlətlər sırasına keçməsinə sübutdur. Qeyd etmək istəyirəm ki, Azərbaycan ölkə başçısının rəhbərliyi ilə qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək və beynəlxalq aləmdə tutduğu mövqeyini daha da möhkəmləndirəcək". Sia.az