AKP-dən HDP-yə: Mövqeyini bəlli et!
AKP, MHP və CHP Afrin əməliyyatları məsələsində müttəfiqdirlər, HDP də bu məsələdə mövqeyini bəlli etməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş söyləyib. “Türkiyədə əhali və 3 siyasi partiya milli məsələdə ittifaqa girib. Burada əslində HDP-ni böyük sınaq gözləyir. Əgər HDP Türkiyəyə bağlıdırsa və bu torpaqlara aidiyyəti varsa, bizimlə ittifaqa girməyə məcburdur”, – deyə o bildirib.
25 Yanvar 2018 12:06 DünyaAKP, MHP və CHP Afrin əməliyyatları məsələsində müttəfiqdirlər, HDP də bu məsələdə mövqeyini bəlli etməlidir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş söyləyib. "Türkiyədə əhali və 3 siyasi partiya milli məsələdə ittifaqa girib. Burada əslində HDP-ni böyük sınaq gözləyir. Əgər HDP Türkiyəyə bağlıdırsa və bu torpaqlara aidiyyəti varsa, bizimlə ittifaqa girməyə məcburdur", - deyə o bildirib.
Qeyd edək ki, Xalqların Demokratik Partiyası (HDP) Türkiyədə əsasən kürd partiyası kimi tanınır. Türkiyə hakimiyyəti bundan öncə dəfələrlə HDP-ni PKK ilə əlaqələrdə və terrorizmin təbliğində şübhəli bilib. Hətta terrorizmin təbliğatına görə HDP liderləri, o cümlədən Səlahəddin Dəmirdaş həbs edilib. Axar.az