Finlandiyalı siyasətçi Rutteyə etiraz etdi: “Rusiya artıq müharibəni qazanıb”- ÖZƏL
11:01 DünyaFinlandiyanın milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema NATO-nun baş katibi Mark Ruttenin alyansın Rusiya üzərində hərbi üstünlüyə malik olması ilə bağlı açıqlamasını tənqid edib. Olaylar.az xəbər verir ki, Mema özünün "X" hesabında bildirib ki, Rutte Berlində Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə birgə keçirdiyi konfransda Rusiyanın NATO-dan daha zəif olduğunu söyləyib.
"Rusiya artıq müharibəni qazanıb, amma Rutte hələ bunu anlamayıb. İndi o, Qərb ölkələrinə müharibəni necə bitirmək seçimini verir: diplomatik yolla, yoxsa öz şərtlərini tətbiq etməklə", - deyə siyasətçi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31