Ötən il yanğınlar 51 nəfərin h əyatına son qoyub

2017-ci ildə Azərbaycanda 11 853 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12 911 çıxış edilib.

2017-ci ildə Azərbaycanda 11 853 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, 2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12 911 çıxış edilib. Onlardan:

çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 2337 çıxış;

açıq sahələrdə yanğınlar - 7763 çıxış;

nəqliyyat vasitələrində yanğınlar - 343 çıxış;

meşə və meşə talalarında yanğınlar - 9 çıxış;

digər yanğınlar üzrə - 2459 çıxış təşkil edib.

Yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 225 nəfər xəsarət alıb, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 6% az, xəsarət alanlar üzrə 79 nəfər və ya 54% çoxdur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31