Moskvada bazar yanır

Moskvanın cənub-şərqindəki "Sadovod" (Bağban) bazarının ticarət pavilyonlarının birində yanğın başlayıb. Yanğın 20 kvadrat metrlik ərazini əhatə edir. Bildirilir ki, pavilyondakı insanlar təxliyə olunub. Son məlumata görə, təxliyə olunanların sayı 150 nəfər təşkil edib, xəsarət alanlar barədə informasiya verilməyib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Qeyd edək ki, "Sadovod" bazarı iş adamları Qod Nisanov və Zarax İliyevin rəhbəri olduğu "Kiyevskaya ploşad" şirkətinə məxsusdur. Xatırladaq ki, bazar ərazisində ötən həftə də yanğın baş vermişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31